/ / Azərbaycanın və Türkiyənin həmkarlar ittifaqı təşkilatları arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
Azərbaycanın və Türkiyənin həmkarlar ittifaqı təşkilatları arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
15.07.2017 [10:30]
İyulun 14-də AHİK-in sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev Türkiyənin Təhsil İşçiləri Həmkarlar İttifaqı “Türk Eğitim-Sen”in katibi Musa Akkaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın və Türkiyənin həmkarlar ittifaqı təşkilatları arasında əməkdaşlıq əlaqələri müzakirə olunub.
Səttar Möhbalıyev Türkiyənin ən böyük təhsil işçiləri həmkarlar ittifaqı təşkilatlarından biri olan “Türk Eğitim-Sen”in nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə edib. Bildirib ki, ölkələrimiz arasındakı əlaqələr müxtəlif sahələrdə strateji tərəfdaşlar səviyyəsində inkişaf edir, bu isə hər iki ölkənin liderlərinin - prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində mümkün olub.
S.Möhbalıyev Azərbaycanda müxtəlif qurumlarda çalışanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Azərbaycan dövləti bu insanların mənzil şəraitinin yaxşılaşdırılması üçün vəsait ayırır. Buna misal olaraq, dövlət tərəfindən dəmiryolu işçilərinə 142 pulsuz mənzil verilib. Onların mənzil şəraiti yaxşılaşdırılıb. Dövlətdən başqa, işəgötürən də işçilərinə vəsait ayırır, onlarla müqavilə bağlayaraq mümkün olan qədər problemlərini həll edir. İşəgötürən tərəfindən bir çox qurumlarda işçilərin istirahəti üçün də böyük vəsaitlər ayrılır.
Söhbət əsnasında AHİK sədri qonaqlara Azərbaycan Həmkarlar İttifaqlarının strukturu və fəaliyyəti haqqında da məlumat verib.
Türkiyənin Təhsil İşçiləri Həmkarlar İttifaqı “Türk Eğitim-Sen”in nümayəndə heyətinin rəhbəri Musa Akkaş səmimi qəbul üçün S.Möhbalıyevə öz təşəkkürünü bildirib. Türkiyə və Azərbaycan arasında ikitərəfli əlaqələrin və əməkdaşlığın bundan sonra daha da səmərəli olacağına əminliyini ifadə edib. “Türk Eğitim-Sen” və “Kamu Sen”in sədri İsmayıl Koncukun salamlarını çatdıran M.Akkaş bildirib ki, Azərbaycan sürətlə inkişaf edir və gündən-günə daha da gözəlləşir.
Qeyd edək ki, 1992-ci ildə yaradılmış “Türk Eğitim-Sen” Türkiyənin ən böyük təhsil işçiləri həmkarlar ittifaqı təşkilatlarından biri olaraq 200 mindən çox ittifaq üzvünü özündə birləşdirir. “Türk Eğitim-Sen” üzv olduğu “Kamu-Sen”in tərkibində ən böyük sahə həmkarlar ittifaqıdır.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22

