/ / Ermənistan vətəndaşları qanunsuzluq və ağır maddi durum üzündən ölkəni tərk etmək məcburiyyətində qalırlar
Ermənistan vətəndaşları qanunsuzluq və ağır maddi durum üzündən ölkəni tərk etmək məcburiyyətində qalırlar
18.07.2009 [10:34]
Ermənistanda cəmiyyət həyatının hər bir sahəsində insanların hüquq və azadlıqlarının pozulması adi hala çevrilib. Hakimiyyətin təzyiqi ilə söz azadlığı məhdudlaşdırılır, mətbuat senzuraya məruz qalır, bütün sahələrdə korrupsiya və rüşvətxorluq baş alıb gedir. Sadə vətəndaşlar məmur özbaşınalığı, süründürməçilik, qanunlara məhəl qoyulmamasından əziyyət çəkir. Ən elementar insan haqlarından istifadə edə bilməyən əhalinin şikayət və müraciətlərinə baxılmır. Ermənistanın insan haqları üzrə müvəkkili Armen Arutyunyanın bildirdiyinə görə, bu ilin ilk yarısında 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə ombudsman aparatına edilən şikayətlər 127 faiz artıb. İnsanlar daha çox polisdən, məhkəmələrdən və İrəvan meriyasından şikayətlənirlər. Bu onu göstərir ki, əhali ölkəni bürüyən özbaşınalıqların qarşısında acizdir, hökumətdən isə heç bir dəstək gəlmir. Nəticədə, insanlar qanunsuzluq və ağır maddi durum üzündən ölkəni tərk etmək məcburiyyətində qalırlar. Son on ilə yaxın bir müddətdə Ermənistan əhalisinin yarısının miqrasiya etməsi və ildən-ilə ölkədə əhalinin sayının azalması bu ölkənin çox ciddi demoqrafik problemlə üz-üzə qaldığını göstərir.
Ermənistanda siyasi hüquq və azadlıqlar sahəsində vəziyyət daha da pisləşir. Keçən ilki prezident seçkilərindən sonra baş verən mart hadisələri korrupsioner qrupların hakimiyyəti əldə saxlamaq üçün, hətta öz xalqına qarşı da silah qaldırmaq gücündə olduğunu göstərdi. Bu isə həm ölkə daxilində, həm də xaricdə haqlı narazılıqlara səbəb oldu. ölkədə formal şəkildə mövcud olan çoxpartiyalılıq və plüralizmi əslində beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən başqa bir şey deyil. Erməni lobbisinin köməyilə müxtəlif beynəlxalq tədqiqat mərkəzlərinin siyahılarında nisbətən yuxarı pillələri tutmaqla da Ermənistan müsbət imic qazana bilməyib. çünki Azərbaycanın apardığı düzgün xarici siyasət nəticəsində beynəlxalq aləm Ermənistanı işğalçı dövlət kimi tanıyır və bu gün təkcə Ermənistan əhalisinin deyil, qaçqın və məcburi köçkün həyatı yaşayan bir milyondan çox azərbaycanlının da haqları tapdalanır. Ermənistan artıq insan hüquqlarına əhəmiyyət verilmədiyi ölkə imicini qazanıb. Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatında 2008-ci ildə insan hüquqlarının kəskin şəkildə pozulduğu 11 ölkə arasında Ermənistanın adı Zimbabve, Mavritaniya, Konqo kimi ölkələrlə bir siyahıdadır.
Avropa Şurasının üzvü olan Ermənistan bir üzv dövlət kimi təşkilata qəbul olunarkən üzərinə götürdüyü öhdəlikləri unutmaqla yanaşı, AŞPA-nın bu ölkə ilə bağlı qəbul etdiyi qətnamələri də yerinə yetirməməkdə israrlı görünür. Hakimiyyətin fəaliyyətsizliyinə təpkilər getdikcə artmaqdadır. Ermənistan parlamentinin keçmiş spikeri və AŞPA-nın Ermənistan nümayəndə heyətinin sədri Tiqran Torosyan Ermənistan hakimiyyətinin AŞPA-nın qəbul etdiyi qətnamənin heç bir bəndinə əməl etmədiyini bildirib. Ermənistanı təmsil edən digər deputat Zaruhi Postanyan isə AŞPA-nın sessiyasında çıxışında ölkəsində demokratik dəyərlərin pozulmasından, hakimiyyət nümayəndələrinin insanlara qarşı kobud rəftarından, müstəqil mətbuatın fəaliyyətinin qarşısının hər vasitə ilə alınmasından bəhs edib. O, həm də Ermənistana qarşı sərt sanksiyaların tətbiq olunmasının vacibliyini də vurğulayıb. Göründüyü kimi, ən adi insan hüquq və azadlıqlarına hörmət edilmədiyi, müxalif düşüncəyə görə insanların siyasi məhbusa çevrildiyi işğalçı dövlətin belə bir mötəbər qurumun tərkibində yer alması və qəbul olunan qərarlara etinasız yanaşması Avropa Şurasının özünün nüfuzuna xələl gətirə bilər.
Bu baxımdan, beynəlxalq təşkilatlar Ermənistana təzyiqləri artırmalı, erməni əhalisi ilə yanaşı, bir milyondan çox azərbaycanlının da pozulmuş hüquqlarının bərpasını hakimiyyətdən tələb etməlidirlər.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43

