YAP bir qrup jurnalisti mükafatlandırdı
22.07.2009 [09:47]
Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında 22 İyul - Milli Mətbuat Günü münasibətilə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib. YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. 134 il ərzində milli mətbuatımızın şərəfli yol keçdiyini deyən M.Qurbanlı bildirib ki, hazırda Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədədir. “YAP ənənəvi olaraq hər il jurnalistlərlə görüşür. Eyni zamanda müəyyən vaxtlarda mətbuatla əlaqədar konfranslar keçirilib. Həmin konfranslarda mətbuatla bağlı məsələlər ətrafında fikir mübadilələri, müzakirələr aparılıb” - deyən M.Qurbanlı 22 iyul ərəfəsində YAP-ın ölkənin qabaqcıl jurnalistlərini mükafatlandırdığını bildirib.
YAP İcra katibinin müavini qeyd edib ki, Azərbaycan mətbuatı böyük yol keçərək özünü cəmiyyətdə təsdiq edib. Onun sözlərinə görə, indi mətbuatımız dünya səviyyəsində də özünəməxsus yer tutur: “Hazırda bəzi ölkələrin KİV-ləri məlumat yayarkən Azərbaycan mətbuatına istinad edirlər. Əvvəllər mətbuatımız bu və ya digər xəbərləri kənardan alırdısa, indi onun özü informasiya mərkəzinə çevrilib. Azərbaycan inkişafı baxımından Cənubi Qafqazda lider dövlət olduğu kimi, mətbuatımız da bu bölgədə liderdir. Azərbaycan jurnalistləri öz peşəkarlığına görə, digər ölkələrin jurnalistlərindən geri qalmır. ölkəmizin televiziya kanalları da böyük inkişaf yolu keçib və peyk vasitəsilə dünyada yayımlanır. Bu uğurlar jurnalistlərin əməyinin nəticəsidir. Eyni zamanda, dövlətin qayğısı nəticəsində ölkə KİV-i ciddi uğurlara imza atır”.
M.Qurbanlı bildirib ki, ümummilli liderimiz Heydər Əliyev təkcə müstəqillik dövründə yox, sovetlər dönəmində də mətbuata xüsusi qayğı göstərib. Bu gün Prezident İlham Əliyev də bu qayğını ön planda saxlayır. Mətbuatın inkişafı haqqında konsepsiyanın qəbul olunması və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bu qayğının əyani göstəricisidir.
Mətbuatın dördüncü hakimiyyət sayıldığını deyən YAP İcra katibinin müavini vurğulayıb ki, hazırda KİV-lərin ictimai fikrə təsiri artır. Onun sözlərinə görə, mətbuat cəmiyyətin güzgüsüdür. Ancaq müxalifətin nəzarətində olan qəzetlər qeyri-obyektiv mövqe tutur, cəmiyyətdə baş verən prosesləri düzgün əks etdirmir. Belə qəzetlərdə sensasiya xətrinə yayılan yalan məlumatlar isə ciddi mətbuatın da nüfuzuna xələl gətirir. “Əkinçi” qəzetinin ənənələri davam etdirilməlidir.
“Mətbuatımız dövlətçiliyimiz və milli maraqlarımız baxımından çıxış etməlidir” deyən M.Qurbanlı vurğulayıb ki, YAP daim ölkə mətbuatı ilə əməkdaşlıq etməkdə maraqlıdır. Millət vəkilinin sözlərinə görə, partiyanın qapıları həmişə KİV-lərin üzünə açıq olub və bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.
Sonda YAP tərəfindən bir qrup KİV nümayəndəsi mükafatlandırılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22

