/ / Qlobal Gənc Liderlər Forumunun ikinci iş günündə qadın və kişi liderliyi mövzusu müzakirə edilib
Qlobal Gənc Liderlər Forumunun ikinci iş günündə qadın və kişi liderliyi mövzusu müzakirə edilib
23.08.2017 [10:05]
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu avqustun 22-də işini seminarla davam etdirib.
AZƏRTAC xəbər verir ki, “Qadın və kişilər fərqli şəkildəmi liderlik edir? Mədəniyyətlər fərqli şəkildəmi liderlik edir? Nəyi mənimsəyib, nəyi öyrənə bilərik?” mövzusunda seminarda Ukraynanın sabiq birinci xanımı, NGBM-in üzvü Katerina Yuşenko, Bolqarıstanın sabiq Prezidenti, NGBM-in üzvü Rosen Plevneliev, Liviyanın Avropa İttifaqındakı sabiq səfiri Farida Allaghi çıxış ediblər.
Katerina Yuşenko dünyada baş verən proseslərə qadınların təsirindən, onların iqtisadiyyatın bir çox sahələrinə verdikləri töhfələrdən, ailədə oynadıqları mühüm roldan danışıb. O, həmçinin qloballaşma şəraitində insanların bir-birilərinə anlayışla yanaşmalarının vacibliyini qeyd edib. “Müstəqil olmağa üstünlük verən kişilərdən fərqli olaraq, qadınlar problemləri daha çox birlikdə həll etməyi xoşlayırlar. Qadınlar daha çox transformasiya liderliyini həyata keçirirlər. Onlar kreativ olmağa təşəbbüs göstərirlər. Təcrübəmə əsasən deməliyəm ki, dünyada lider qadınların sayının çoxalması vacib məsələdir. İnanıram ki, 2024-cü ilədək lider qadınların sayı artacaq. Dünyada qadınlara olan münasibət tarixboyu daim dəyişib. Bu, bizim həyat tərzimizə böyük təsir göstərib. Bu həm də ölkələrin milli mədəniyyətindən asılıdır.”, - deyə Ukraynanın sabiq birinci xanımı əlavə edib. O, həmçinin qloballaşma şəraitində insanların bir-birilərinə anlayışla yanaşmalarının vacibliyini qeyd edib.
Bolqarıstanın sabiq Prezidenti, NGBM-in üzvü Rosen Plevneliev qadınların siyasətdə, cəmiyyətdə oynadığı rolu xüsusi vurğulayıb. O, idarəçilikdə kişilərin və qadınların komanda kimi birlikdə çalışmalarının vacibliyinə toxunub. Vurğulayıb ki, bu, ən yaxşı nəticələr əldə etməyə kömək edəcək. R.Plevneliev diplomatik fəaliyyəti dövründə lider qadınlarla əməkdaşlığından danışıb. Bildirib ki, Prezident seçildikdən sonra onun komandasında daha çox qadınlar vəzifədə olublar. İnanıram ki, qadınlar kişilərdən daha çox məsuliyyətli olurlar. Sabiq Prezident qadınların hökumət strukturlarında təmsil olunmasının daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq deyib: “Düzdür, kişilər daha dəqiqdirlər və işə başlayanda daha həvəslə çalışırlar, amma təəssüf ki, bir qədər sonra bu həvəs onlarda azalmağa başlayır. Qadınlarda isə işə olan münasibət daim fərqli olub, onlar daha məsuliyyətlidirlər”.
Liviyanın Avropa İttifaqındakı sabiq səfiri Farida Allaghi qadınların liderlik xüsusiyyətlərindən söhbət açıb. O, liderlik edən qadınların daha demokratik olduğunu bildirib. F.Allaghi, həmçinin gənclərin, xüsusən də gənc qadınların cəmiyyətdə oynadıqları rolu qeyd edib, onların siyasi məsələlərin həllinə töhfələrini yüksək qiymətləndirib. Bir çox ölkələrdə qadınların yüksək vəzifələr tutduqlarını, lakin medianın bunu kifayət qədər işıqlandırmamasının təəssüf doğurduğunu bildirən F.Allaghi deyib: “Kişilər əlbəttə ki, dünyada mühüm rola malikdirlər, vacib işlər görürlər, qərarlar qəbul edirlər, lakin qadınları yaddan çıxarmamalıyıq, qadınlar heç vaxt kənarda qalmamalıdırlar. Bu gün dünyada baş verən proseslərə təsir etmək, böhrandan çıxmaq üçün səylərimizi birləşdirməliyik. Gender bərabərliyi gələcəyimiz üçün çox vacibdir”, - deyə o vurğulayıb.
Seminarın sonunda gənc liderlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

