Azərbaycanın Baş naziri ATƏT Parlament Assambleyasının sədri ilə görüşüb
09.09.2017 [11:27]
Sentyabrın 8-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ATƏT-in Parlament Assambleyasının sədri xanım Kristin Muttonen ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, son illər sürətlə inkişaf edən Azərbaycanda iqtisadi durum barədə qonağa ətraflı məlumat verən Baş nazir Artur Rasi-zadə xüsusən sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm və digər qeyri-neft sahələrində əldə olunan uğurlardan danışıb. Ölkə əhalisinin sosial problemlərinin həlli ilə yanaşı, respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynadığına diqqət yönəldən Baş nazir Avropa İttifaqının bütün müvafiq qurumları ilə, o cümlədən ATƏT-lə də qarşılıqlı faydalı əməkdaşlığa önəm verildiyini vurğulayıb. Beynəlxalq və regional təhlükəsizlik barədə söhbət gedərkən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərin artırılaraq real addımlar atılmasının zəruriliyini nəzərə çatdıran Baş nazir ümumən regionun inkişafına mənfi təsir göstərən bu münaqişənin həllinin uzanmasında işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyinin ATƏT tərəfindən nəzərə alınmasının vacibliyini söyləyib. Artur Rasi-zadə bir daha bəyan edib ki, münaqişənin həlli yalnız beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında mümkündür.
ATƏT-in Parlament Assambleyasının sədri xanım Kristin Muttonen ölkəmizin Avropa üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dağlıq Qarabağ probleminin həllinin yubanmasından narahatlıq ifadə edən qonaq, eyni zamanda, münaqişənin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyinə dair Baş nazirin fikirlərinə şərikliyini ifadə edib. Xanım Kristin Muttonen ATƏT-in Azərbaycanla əlaqələrinin bundan sonra daha da təkmilləşdiriləcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi olub.
Xəbər lenti
Hamısına baxElm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26

