Azərbaycan NATO ilə əməkdaşlığa xüsusi önəm verir
27.09.2017 [10:24]
Sentyabrın 26-da Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Azərbaycanın NATO-da daimi nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayla görüşüb.
AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-NATO əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini söyləyib. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun 8 sammitində iştirak edib. Ölkəmiz təşkilatın keçirdiyi bütün tədbirlərə qatılır və bu da qurumla münasibətlərimizin səviyyəsinin əsas göstəricisidir. Vurğulanıb ki, Azərbaycan NATO ilə fərdi əməkdaşlıq çərçivəsində əlaqələrə hər zaman xüsusi önəm verir. Ziyafət Əsgərov NATO-nun sülhməramlı əməliyyatlarında və beynəlxalq təhlükəsizlik proqramlarında Azərbaycanın iştirakından söz açıb.
Birinci vitse-spiker ölkəmizin bölgədə ərazilərin bölünməzliyi prinsiplərinə sadiq olduğunu vurğulayıb. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun təhlükəsizliyini ciddi təhdid altında saxladığını qeyd edib. Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının, NATO-nun və digər qurumların qətnamələrinə məhəl qoymayan Ermənistan Azərbaycanın 20 faiz torpağını 25 ildən artıqdır işğal altında saxlayır. Bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. NATO bu sahədə Azərbaycana dəstəyini artırmalıdır.
Ceyms Appaturay təmsil etdiyi qurumla ölkəmizin təmaslarının intensiv hal almasından məmnunluğunu ifadə edib. Qonaq NATO ilə tərəfdaş olan ölkələrin dövlət idarəçiliyində xalqın tribunası olan parlamentlərin rolundan söz açıb. O, NATO-nun sülhməramlı əməliyyatlarında Azərbaycanın iştirakından danışıb və Əfqanıstanda təhlükəsizliyin qorunmasına verdiyi dəstəyə görə ölkəmizə minnətdarlığını bildirib. Qonaq Dağlıq Qarabağ münaqişəsinin yaratdığı fəsadlara, ermənilər tərəfindən törədilən faciəli hadisələrə görə Azərbaycan xalqının məyusluğundan xəbərdar olduğunu bildirib. O, problemin tezliklə sülh yolu ilə, beynəlxalq normalar çərçivəsində həllinə ümid etdiyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

