/ / Ekspert: Azərbaycan yaxın gələcəkdə də əsas təşəbbüskar olaraq, növbəti irimiqyaslı layihələri reallaşdırmaq gücünə malikdir
Ekspert: Azərbaycan yaxın gələcəkdə də əsas təşəbbüskar olaraq, növbəti irimiqyaslı layihələri reallaşdırmaq gücünə malikdir
02.11.2017 [10:09]
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun uğurlu fəaliyyəti iştirakçı ölkələrin geosiyasi əhəmiyyətini artıracaq və bölgədə sabitliyin, təhlükəsizliyin təminatı olacaq.
Bunu Trend-ə ekspert Bəhruz Quliyev deyib.
O bildirib ki, regionda daha bir strateji əhəmiyyətli və qlobal layihə reallaşdırıldı: “Bu layihə XXI əsrin ən mühüm layihəsi olaraq qiymətləndirilə bilər. BTQ dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur və eyni zamanda, Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir”.
Ekspert qeyd edib ki, belə qlobal layihənin iştirakçı dövlətlərin daxili hesabına maliyyələşməsi həm də bu qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycan yaxın gələcəkdə də əsas təşəbbüskar olaraq, növbəti irimiqyaslı layihələri reallaşdırmaq gücünə malikdir: “Məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, eləcə də uğurlu siyasəti sayəsində son illər mühüm layihələr həyata keçirilib. Biz daim əminliklə bildirirdik ki, bu kimi layihələr ardıcıl xarakter alacaq”.
O vurğulayıb ki, BTQ-nin istifadəsi zamanı bir çox sahələrdə əhəmiyyətli uğurlar əldə ediləcək: “Buraya turizmin inkişafını da əlavə etmək mümkündür. Həmçinin, BTQ-dən istifadə edən ölkələr arasındakı ticarət dövriyəsi və qarşılıqlı sərmayə qoyulması artacaq. Ölkələr arasında əməkdaşlıq dərinləşəcək”.
B.Quliyev layihə iştirakçıları olan dövlətlərin - Azərbaycanın, Türkiyənin və Gürcüstanın birgə siyasi-iqtisadi mövqelərinin regiona yalnız səmərə verə biləcəyini bildirib: “BTQ layihəsinə Orta Asiya ölkələri, o cümlədən Qazaxıstan da hədsiz maraq göstərir. Orta Asiya ölkələri ilə də münbit əməkdaşlıq mühiti formalaşacaq. Eyni zamanda, Avropa ölkələri də BTQ layihəsinin verdiyi imkanlardan maksimum yararlanacaqlar. Bütün bunlar Azərbaycanın istər regionda, istərsə də beynəlxalq siyasi arenadakı mövqeyini gücləndirir. BTQ Azərbaycanın siyasi və iqtisadi potensialının növbəti göstəricisi olaraq, ölkəmizin bütün sahələrdəki təməllərini daha da möhkəmləndirmiş olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40

