Astanada “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatı olub
28.11.2017 [10:23]
Noyabrın 27-də Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri, Qazaxıstan Respublikası Birinci Prezidenti Kitabxanasının direktor müavini Mahmud Kasımbekov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali və başqaları iştirak ediblər.
Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekov tədbirdə çıxış edərək deyib ki, Nursultan Nazarbayev haqqında kitabın Azərbaycan dilində nəşri ölkələrimiz və xalqlarımız arasında münasibətlərin inkişafının bariz nümunəsidir. O vurğulayıb ki, bu kitab Qazaxıstan Prezidenti barədə latın qrafikası ilə nəşr edilən ilk əsərdir.
Mərasimdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, kitabın ön sözünün müəllifi Əli Həsənov Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq əlaqələrindən, təqdimatı keçirilən əsərin məziyyətlərindən danışıb. Prezidentin köməkçisi eyni taleyi yaşayan xalqlarımızın həyatında liderlərimizin mühüm rolundan söhbət açıb.
Qeyd edilib ki, Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsi olaraq hazırda Qazaxıstanda xalqlar və millətlər arasında möhkəm sülh, sabitlik hökm sürür, multikultural dəyərlər daşıyan funksional bir cəmiyyət formalaşıb. 130-dan artıq xalqın nümayəndələri, o cümlədən azərbaycanlılar vətəndaş sülhü və ümummilli həmrəylik şəraitində yaşayır və fəaliyyət göstərirlər.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevin həyat yolundan bəhs edən kitabın Azərbaycan dilinə tərcüməsini əhəmiyyətli hadisə adlandırıb. O, kitaba ön söz yazdığına görə Əli Həsənova minnətdarlığını bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qeyd edib ki, bu kitabın nəşri Azərbaycan xalqının qazax xalqına sevgisinin bariz göstəricisidir. O, Qazaxıstanın latın əlifbasına keçidinin xalqlarımızın daha da yaxınlaşmasına töhfə verəcəyini vurğulayıb, təqdimatı keçirilən əsərin latın əlifbası ilə çap olunmasının əhəmiyyətini qeyd edib.
Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin inkişafında Ümummilli lider Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xidmətlərindən danışıb. O, əlaqələrimizin hazırda prezidentlər İlham Əliyev və Nursultan Nazarbayev tərəfindən daha da inkişaf etdirildiyini vurğulayıb.
Xatırladaq ki, kitabı rus dilindən Azərbaycan dilinə Azərbaycan Ali Media, İ.Qaspralı adına Beynəlxalq Türk Akademiyasının media mükafatları laureatı, publisist-jurnalist, Azərbaycan Televiziyasının Orta Asiya ölkələri üzrə müxbir bürosunun keçmiş rəhbəri Aida Eyvazova (Aida Eyvazlı Göytürk) tərcümə edib. Nəşrin məsləhətçiləri Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali və Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev, redaktoru Vəli Əkbərdir.
Kitabın təqdimatından sonra Əli Həsənov Qazaxıstanın “Xabar” dövlət televiziya kanalına müsahibə verib. Əli Həsənov Nursultan Nazarbayevin Azərbaycanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edildiyini diqqətə çatdırıb. “Prezident İlham Əliyev mükafatın təqdim edilməsi mərasimində vurğulayıb ki, Nursultan Nazarbayev Ulu öndər Heydər Əliyevin və Azərbaycan xalqının böyük dostudur”, - deyə Azərbaycan Prezidentinin köməkçisi bildirib.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43

