/ / Erməni xüsusi xidmət orqanları Moskvanı öz məkrli planlarının həyata keçirilməsi üçün platsdarma çevirməkdədirlər
Erməni xüsusi xidmət orqanları Moskvanı öz məkrli planlarının həyata keçirilməsi üçün platsdarma çevirməkdədirlər
13.12.2017 [10:17]
Erməni şər maşınının ruporuna çevrilən F.Aboszadə və Z.Məhərrəmov kimilərinin anti-Azərbaycan fəaliyyətlərini Moskvada davam etdirmələri Azərbaycanla yanaşı, Rusiyaya da xəyanətdir
Azərbaycan Respublikası hər zaman istər region dövlətləri, istərsə də digər ölkələrlə əlaqələrin normal məcrada inkişaf etməsində maraqlı olduğunu nümayiş etdirir. Bu mənada Azərbaycan ilə Rusiya dövləti arasında tarixi nöqteyi-nəzərdən, həm də regionumuzda və dünyada baş verən son hərbi-siyasi hadisələr fonunda illərin sınağından çıxmış etibarlı əlaqələr də qarşılıqlı anlaşmaya və maraqlara söykənir. Həm enerji məsələsində, həm də təhlükəsizlik məsələlərində iki dövlət arasında strateji əlaqələr mövcuddur. Nəzərə alsaq ki, MDB-də yanacaq-enerji resurslarına, nəqliyyat-kommunikasiya sistemlərinə və geoiqtisadi mövqeyinə görə Azərbaycan əsas aparıcı dövlətlərdən biridir, bu mənada Rusiyanın iqtisadi siyasətində Azərbaycanla sıx əlaqələrin yaradılması başlıca prioritetlərdəndir.
Bununla yanaşı, Azərbaycan dövləti hər zaman Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb. O cümlədən, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri qurulub və qarşılıqlı dəstək ruhu hökm sürüb. Təhlükəsizlik məsələlərində də hər iki dövlət ortaq mövqedən çıxış edib. Azərbaycan öz ərazisindən Rusiyaya qarşı üçüncü tərəflərin, beynəlxalq terror şəbəkəsinin, ayrı-ayrı separatçı qüvvələrin istifadəsinin, belə qüvvələrin respublikamızdan keçərək Rusiyaya sızmasının qarşısını qətiyyətlə alıb. Rusiya və Azərbaycan terrorizm və ekstremizmin yayılmasının qarşısının alınması məqsədilə birgə əməliyyatlar keçirib. Ən əsası, Rusiya və Azərbaycan arasında, iki ölkənin rəhbərliyi arasında həmişə qarşılıqlı anlaşma mühiti hökm sürüb.
O da vurğulanmalıdır ki, Azərbaycan KİV-ləri və vətəndaş cəmiyyəti təsisatları Rusiyanın ərazi bütövlüyü ilə bağlı məsələlərin müzakirəsində hər zaman ikitərəfli əlaqələrin ruhuna uyğun mövqe tutublar. Təəssüfləndirici haldır ki, eyni fikirləri Rusiyanın bəzi çevrələrinə, onların təsirində olan KİV-lərə və vətəndaş cəmiyyəti təsisatlarına şamil etmək mümkün deyil. Həmin təsisatlar iki ölkə arasındakı anlaşmaya əsaslanan qarşılıqlı əlaqələrin ruhuna uyğun olmayan addımlar atmaqla fərqli bir mövqe nümayiş etdirirlər. Belə ki, Rusiyanın müəyyən strukturlarına sızmış erməni əsilli şəxslər artıq həmin strukturları, Rusiya mediasını və vətəndaş cəmiyyəti təsisatlarını Ermənistan dövlətinin anti-Azərbaycan siyasətini yürütmək üçün alətə, Moskvanı öz məkrli planlarının həyata keçirilməsi üçün platsdarma çevirməkdədirlər.
Belə ki, bir müddət əvvəl Ermənistanda Azərbaycan əleyhinə “ikinci cəbhə” açmaq məqsədilə Azərbaycan dövlətinə, o cümlədən mənsub olduqları Talış bölgəsinə və talışəsilli vətəndaşlarımıza xəyanət etmiş Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərdən istifadə edilərək telekanal və mərkəzlər açılmışdı. Lakin Azərbaycan ictimaiyyətinin, ilk növbədə talışəsilli vətəndaşlarımızın qınağı səbəbindən erməni xüsusi xidmət orqanları taktikalarını dəyişərək həmin qurumların fəaliyyətini Moskvaya köçürüblər. Qeyd edək ki, bu fəaliyyətlərdə adı keçən F.Aboszadə 1981-95-ci illərdə BDU-da işləyib, daha əvvəl isə Kommunist Partiyasının üzvü olub. Sonradan AXC hakimiyyəti dövründə sürətli karyera sıçrayışı etmək üçün cəhdlər göstərən F.Aboszadənin bu cəhdləri də uğursuzluqla nəticələnib. “Politologiya” dərsliyi adı ilə AXC-yə və onun sədrinə mədhiyyələr yazması belə, Aboszadəni karyera tramplininə yaxın buraxmayıb. Sonradan bu şəxsin mənsub olduğu linqvistik icmanı regional separatçılıq avantürasına çəkmək cəhdləri də bölgə əhalisinin qətiyyətli səyi ilə iflasa uğrayıb. Bundan sonra Rusiyaya sığınan F.Aboszadə erməni xüsusi xidmətlərinin və Rusiyanın bəlli çevrələrinin tapşırığı ilə fəaliyyət göstərməyə başlayıb. Qeyd edildiyi kimi, son olaraq onun fəaliyyəti Ermənistandan Rusiyaya köçürülüb.
Onun “ortağı” sayılan Zabil Məhərrəmov da Azərbaycan dövlətinə və xalqına qarşı xəyanətləri ilə F.Aboszadədən geri qalmır. Belə ki, Azərbaycan dövlətinə və xalqına təhqirlər yağdıran Zabil Məhərrəmov da hazırda “fəaliyyəti”ni Yerevandan Moskvaya köçürərək bu təxribatçı planlarını oradan həyata keçirir. Yəni, bir müddət əvvəl mətbuatda “bizim qardaşlarımız türklər yox, ermənilərdir, Ermənistan bizim pənahımızdır” kimi bəyanatı ilə çıxış edən, satqın, Vətən xaini olan Z.Məhərrəmov da düşmənlərimizin oyuncağına çevrilib.
Bütün bunlarla yanaşı onu da bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan əleyhinə bu tipli aqressiv fəaliyyətin Moskvada rahatlıqla özünə meydan tapması Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Daha dəqiq desək, öz xalqına xain olan, erməni şər maşınının ruporuna çevrilən F.Aboszadə və Z.Məhərrəmov kimilərinin birdən-birə Rusiyada peyda olmaları və anti-Azərbaycan fəaliyyətlərini Moskvada davam etdirmələri Azərbaycanla yanaşı, Rusiyaya da xəyanətdir. Çünki öz doğma vətəninə xəyanət edən bu xainlərin gələcəkdə Rusiyaya da asanlıqla xəyanət edəcəyi bəllidir. Rusiya-Azərbaycan əlaqələrinin strateji əməkdaşlıq səviyyəsində olduğunu nəzərə alsaq, qarşılıqlı maraqların qorunmasına da mütləq şəkildə diqqət yetirilməlidir. Yəni, Rusiya tərəfi erməni lobbisinin Moskvanı, Rusiyanı öz çirkin oyunlarının iştirakçısı etməklə xəyanətlərinin qurbanına çevirməsinə, onu geostrateji əhəmiyyətli bölgələrdən daha çox təcrid etməsinə imkan verməməlidir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17

