/ / Azərbaycan ilə Türkiyə arasında işbirliyi milli maraqlar çərçivəsində bundan sonra da davam etdiriləcək
Azərbaycan ilə Türkiyə arasında işbirliyi milli maraqlar çərçivəsində bundan sonra da davam etdiriləcək
18.01.2018 [10:12]
Baş nazir Artur Rasi-zadə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbərinin başçılığı ilə nümayəndə heyətini qəbul edib
Yanvarın 17-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılığı ilə nümayəndə heyətini qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı dost-qardaş ölkələrimiz arasında strateji əməkdaşlıq imkanlarının müasir dövrdə daha da genişləndiyi məmnunluqla vurğulanaraq bildirilib ki, son illər qlobal enerji və nəqliyyat layihələrini uğurla həyata keçirən Azərbaycan ilə Türkiyə arasında siyasi-iqtisadi-mədəni sahələrdə işbirliyi milli maraqlar çərçivəsində bundan sonra da davam etdiriləcək. Bu il bir çox önəmli hadisələrə dair silsilə tədbirlərin olacağını xatırladan tərəflər, həmçinin Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, vaxtilə Türkiyədən köməyə gələn ordunun Bakını erməni işğalından azad etməsi, dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının ilk olaraq Türkiyə Cümhuriyyəti tərəfindən tanınması kimi mühüm tarixi hadisələrin xüsusi qeyd olunmasının xalqlarımız arasında mövcud ənənələrin qorunması baxımından əhəmiyyətini vurğulayıblar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında söhbət gedərkən, problemin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə alternativ olmadığını bildirən tərəflər bundan sonra da bu istiqamətdə bütün beynəlxalq tədbirlərdə həmrəy mövqedən çıxış edəcəklərini bir daha bəyan ediblər.
Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirilməsinə dair bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28

