Pakistanın “National Herald Tribune” qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə verilib
20.01.2018 [01:27]
Pakistanın “National Herald Tribune” qəzetində “20 Yanvar - Qara Yanvar və Azərbaycanın müstəqilliyi” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, yazıda 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında məlumat verilir. Azərbaycan xalqına “dərs vermək” məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik, əsasən ermənilərdən ibarət olan sovet qoşununun Bakıya yeridildiyi, dinc əhalini atəşə tutduğu, tanklarla qarşısına keçən hər şeyi əzib keçdiyi bildirilir. Bu qanlı və dəhşətli hadisə nəticəsində aralarında qadın və uşaqların, Bakıda yaşayan digər millətlərin nümayəndələrinin də olduğu 130-dan çox insanın şəhidlik zirvəsinə yüksəldiyi, 700 nəfərin yaralandığı və 841 nəfərin həbs edildiyi vurğulanır.
Qeyd olunur ki, o vaxt Moskvada yaşayan Ulu öndər Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək faciənin baş verməsində Mixail Qorbaçov başda olmaqla sovet rəhbərliyini açıq şəkildə ittiham edib və hadisəni dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Məqalədə 1990-cı il yanvarın 22-də bir milyondan çox insanın şəhidləri dəfn etmək üçün küçələrə çıxdığı və bundan sonra Azərbaycanda 40 günlük matəm elan olunduğu diqqətə çatdırılır və bunun Azərbaycan neftindən asılı olan Sovet iqtisadiyyatına ciddi zərər yetirdiyi bildirilir. Həmçinin hadisəyə beynəlxalq reaksiyaya da toxunulur və beynəlxalq təşkilatların hesabatları vurğulanır. Müəllif 20 Yanvar hadisələrinin Azərbaycan tarixində dönüş və qurur nöqtəsi olduğunu bildirir, təzyiqlərə və çətinliklərə baxmayaraq Azərbaycan xalqının əzmlə mübarizə apardığına və nəticədə 1991-ci ildə öz müstəqilliyinə qovuşduğuna diqqət çəkir.
Sonda bildirilir ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələri dövlət himayəsinə götürülüb, xalq öz qəhrəman oğul və qızlarını unutmayıb və hər il yüz minlərlə insan Şəhidlər Xiyabanına gedərək onların ruhuna ehtiramını bildirir.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20

