/ / Davosda “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizədliyi ilə bağlı təqdimat mərasimi keçirilib
Davosda “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizədliyi ilə bağlı təqdimat mərasimi keçirilib
25.01.2018 [10:20]
Elçin Əmirbəyov: Bakının “Ekspo 2025” üçün təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunu Dünya İqtisadi Forumunun keçirildiyi Davos şəhərində müzakirə etməkdən şərəf duyuruq
Yanvarın 23-də İsveçrənin Davos şəhərindəki “InterContinental” otelində “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizədliyi ilə bağlı təqdimat mərasimi keçirilib. Dünya İqtisadi Forumunun keçirildiyi Davosun müxtəlif guşələri “Bakı Ekspo 2025”ə həsr olunan poster və banerlərlə bəzədilmişdi.
“Bakı Ekspo 2025” Əməliyyat Katibliyindən AZƏRTAC-a bildiriblər ki, təqdimat mərasimi videoproyeksiyanın nümayişi ilə başlayıb.
Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov mərasimdə çıxış edərək bildirib ki, Bakının təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu builki Dünya İqtisadi Forumunun “Pərakəndə dünyada ümumi gələcəyin qurulması” mövzusu ilə geniş mənada üst-üstə düşür. Dünya İqtisadi Forumu kimi Ümumdünya Ekspo Sərgisi də müzakirə və ideya mübadiləsi məqsədilə dünyanı bir araya gətirən vacib mexanizmdir.
Səfir Elçin Əmirbəyov vurğulayıb ki, insan kapitalının inkişafı insanların texnoloji tərəqqiyə uyğunlaşması yollarının tapılmasına, hər bir fərdin həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etmək deməkdir. İnsan kapitalının inkişafı sabit və sağlam cəmiyyətlərin formalaşmasında əsas amillərdən biridir. Biz inanırıq ki, hazırda insan kapitalının inkişafına diqqət yetirilməsinin, genişlənən qeyri-bərabərliyin azaldılmasının, iqtisadi artıma, kreativliyə və uğura nail olmaq imkanlarının yaradılmasının vaxtı çatıb.
Elçin Əmirbəyov çıxışında Bakının “Ekspo 2025” ilə bağlı təklif etdiyi alt mövzuların - təhsilin, məşğulluğun və səhiyyənin vacibliyini də qeyd edib. Bildirib ki, bu mövzular BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşür. Bu mövzuların mahiyyətini aşağıdakı kimi şərh etmək olar:
Təhsil. Biz insanlara işləməkdə, bacarıqlı cəmiyyətlər formalaşdırmaqda və texnoloji dəyişiklikləri idarə etməkdə təhsilin və təlimin vacibliyini qəbul edirik;
Məşğulluq. Biz fərdlərin məşğulluq vasitəsilə cəmiyyətdə fəal iştirak etmək ehtiyacını qəbul edirik, eyni zamanda, texnologiyanın əmək bazarına təsirini də qeyd edirik;
Səhiyyə. Biz düşünürük ki, insan kapitalının inkişafı məhz sağlam cəmiyyətlərdə səmərəli şəkildə baş verə bilər.
Təqdimat mərasimi ilə bağlı fikirlərini bölüşən nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov vurğulayıb ki, Bakının “Ekspo 2025” üçün təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunu Dünya İqtisadi Forumunun keçirildiyi Davos şəhərində müzakirə etməkdən şərəf duyuruq. Dünya həmişəkindən daha sürətlə dəyişir. Bakının “Ekspo 2025” üçün təklif etdiyi alt-mövzular - insanın əsas ehtiyacları olan təhsil, məşğulluq və səhiyyə dünyanın hər bir ölkəsinin üzləşdiyi məsələlərdir. İqtisadiyyatlar və cəmiyyətlər transformasiyaya uğrasa da, bu mövzular insanları birləşdirir və onların həyat seçimlərinə təsir göstərir. Bu baxımdan öz baxışlarımızı Davosda təqdim etmək imkanından çox məmnun olduq. Tədbir zamanı və sonra aldığımız müsbət reaksiya bizdə ruh yüksəkliyi yaradır.
Mərasimdə “Bakı Ekspo 2025”in təqdimatına həsr olunan film nümayiş etdirilib. Filmdə ölkəmizin tarixi, mədəniyyəti və ev sahibliyi etdiyi tədbirlər barədə geniş məlumat verilib.
Böyük maraqla qarşılanan təqdimat mərasiminin əsas məqsədi iştirakçılara Bakının ismarıcını çatdırmaq idi. İştirakçılar arasında dövlət və özəl sektorları təmsil edən nümayəndələr, o cümlədən diplomatlar, təhsil və media qurumlarının əməkdaşları, müxtəlif şirkətlərin rəhbərləri var idi.
Xatırladaq ki, Azərbaycan milli pavilyonla ilk dəfə “Milan Ekspo 2015” Ümumdünya Sərgisində iştirak edib. Ölkəmizin “Milan Ekspo 2015”dəki pavilyonunu sərgi günlərində ziyarət edən insanların sayı 3 milyondan çox olub. Türkiyədə təşkil olunan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisində də Azərbaycanın milli pavilyonu iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən “Ekspo 2017” Beynəlxalq Sərgisində isə ölkəmiz “Enerji yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22

