Rauf Əliyev: Dünya İqtisadi Forumunun reytinq cədvəlində Azərbaycan öz yerini möhkəmləndirir
26.01.2018 [10:13]
“Beynəlxalq təhlükəsizlik, ətraf mühit və qlobal iqtisadiyyat mövzusunda Davosda 48-ci Dünya İqtisadi Forumu öz işini davam etdirir. Azərbaycan 1995-ci ildən müntəzəm olaraq bu Forumda iştirak edir. Bu iqtisadi Forumda müzakirə olunan məsələlər hər zaman dünyanın diqqət mərkəzində olub”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, Dünya İqtisadi Forumu 1970-ci illərdə yaranmış kiçik bir qrupdan hazırda 2000-dən çox iştirakçının təmsil olunduğu nəhəng təşkilata çevrilib. Onun sözlərinə görə, Forumun işində dünyanın aparıcı ölkələrinin dövlət və hökumət rəhbərləri, aparıcı şirkətlərin və 38 beynəlxalq təşkilatın rəhbərləri iştirak edirlər. Artıq Forumda təkcə iqtisadi məsələlər deyil, həm də siyasi məsələlərin də müzakirəsinə, dünyanı narahat edən bir çox məsələlər barədə fikir mübadiləsi etməyə imkan yaranıb.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Forumun proqramına əsasən “Strateji baxış-Avrasiya” paneli çərçivəsində çıxış edib. Mövzu ilə əlaqədar Prezident İlham Əliyev qonşu ölkələrlə münasibətlər barədə danışarkən qeyd edib ki, ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla Azərbaycan bütün qonşuları ilə çox yüksək münasibətlərə malikdir. Azərbaycan gənc müstəqil ölkədir. Ancaq Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkə olmağa müvəffəq olub və bu, ona həqiqi müstəqil siyasət aparmağa imkan verir. Bu siyasət nəticəsində Azərbaycan müstəqillik illərində bütün sahələrdə sürətli inkişafa nail olub və böyük uğurlar qazanıb. Dünya İqtisadi Forumunun reytinq cədvəlində də Azərbaycan öz yerini möhkəmləndirir və ildən-ilə irəliləyir. Artıq ötən ilə nisbətən Azərbaycan rəqabətlilik indeksinə görə dünyada 35-ci yerdədir. İqtisadiyyatın inklüzivliyinə görə Azərbaycan 3-cü pillədə qərarlaşıb və bu da ölkəmizin qısa zaman ərzində inkişaf edən dövlətlər sırasına keçməsinə sübutdur”, - deyə R.Əliyev vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03

