Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
08.02.2018 [10:02]
Fevralın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli bildirib ki, gündəliyə üç məsələ daxil edilib.
Sonra gündəlikdəki birinci məsələ - “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi ictimaiyyətin və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə birgə müzakirə olunub. Hadi Rəcəbli bildirib ki, layihənin əsas məqsədi əlillərin sosial müdafiəsini, onların hüquqlarının qorunmasını, cəmiyyətə tam inteqrasiyasını təmin etməkdir.
Sonra layihə barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib ki, bu sənəd əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edəcək, əlilliyi doğuran risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyəcək. Bu qanun Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə şamil ediləcək.
Natiq Məmmədov qeyd edib ki, bu qanun layihəsi ilk dəfə olaraq Azərbaycan tərəfindən BMT-nin xüsusi komitəsinə təqdim edilib, həmin komitənin rəy və təklifləri də nəzərə alınıb. Bundan başqa, Avropa Sosial Xartiyası ilə müzakirələr aparılıb. Həmçinin bununla bağlı UNICEF-lə də əməkdaşlıq edirik.
Qeyd olunub ki, yeni Qanun qüvvəyə mindiyi gündən bu sahəni tənzimləyən və hazırda qüvvədə olan 1992-ci il 25 avqust tarixli Qanun ləğv ediləcək.
Çıxış edən deputatlar Rauf Əliyev, Aytən Mustafayeva, Jalə Əliyeva, Musa Quliyev, Araz Əlizadə, müvafiq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələri qanun layihəsi barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər. Qeyd olunub ki, layihə Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılanadək deyilən və komitəyə yazılı təqdim olunan təkliflər əsasında onun üzərində iş aparılacaq.
İclasda deputatlar Əmək Məcəlləsinə və “Həmkarlar İttifaqları haqqında” Qanuna təklif olunan dəyişiklikləri də nəzərdən keçiriblər. Qeyd olunub ki, təklif olunan dəyişikliklər texniki xarakter daşıyır. Hər iki layihə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

