/ / Efiopiyanın Dövlət Qulluğu Universitetinin tələbələrinə Xocalı soyqırımı barədə ətraflı məlumat verilib
Efiopiyanın Dövlət Qulluğu Universitetinin tələbələrinə Xocalı soyqırımı barədə ətraflı məlumat verilib
01.03.2018 [10:08]
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Efiopiyanın Dövlət Qulluğu Universitetində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Universitetdə magistratura və doktorantura üzrə təhsil alan tələbələr, müəllimlər və professorlar iştirak ediblər.
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və qanlı səhifələrdən biri kimi daxil olduğunu qeyd edib. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı soyqırımı törətdiyini vurğulayıb. Səfir Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərdən birini itirdiyini diqqətə çatdırıb. Həmçinin səfir E.Abdullayev artıq 16 ölkənin, habelə ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanları tərəfindən Xocalı soyqırımının tanındığını bildirib.
Cinayətkar hərbi diktatura rejimi tərəfindən idarə olunan Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirdiyini vurğulayan səfir Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında qaldığını, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinin yerinə yetirilmədiyini, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına geri dönə bilmədiklərini qeyd edib. Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş bir cinayət olduğunu deyən səfir E.Abdullayev vurğulayıb ki, bu əməlinə görə Ermənistanın hazırkı cinayətkar hakimiyyəti beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir.
Səfir dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Xocalıda törədilmiş bu cinayətlərə hüquqi-siyasi qiymətin verilməsinə yönəldiyini bildirib.
Tədbirdə Xocalı soyqırımından bəhs edən “Zülmətdən qaçarkən” sənədli filmi nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19

