/ / Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün öz missiyasını uğurla davam etdirir
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün öz missiyasını uğurla davam etdirir
01.03.2018 [10:21]
Cəmiyyət öz sıralarında 370 mindən çox üzvü və 25 minə yaxın könüllünü birləşdirir
Fevralın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) XXV baş məclisi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, dövlət və hökumət nümayəndələri, AzQAC-ın üzvləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin Mərkəzdəki büstü önünə gül dəstələri düzüblər.
Mandat komissiyasının hesabatı dinlənildikdən sonra AzQAC-ın sədri, Milli Məclisin deputatı Novruz Aslanov tədbiri açıq elan edib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra təşkilati məsələyə baxılıb, AzQAC-ın yeni nizamnaməsi təsdiq olunub, baş məclisin rəyasət heyəti, katibliyi, hesablama komissiyaları seçilib.
AzQAC-ın sədri Novruz Aslanov hesabat məruzəsi ilə çıxış edib.
Məruzədə bildirilib ki, 1920-ci ildə əsası qoyulan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını respublikada təmsil edən yeganə milli cəmiyyətdir. Azərbaycanın şanlı tarixinin ayrılmaz hissinə çevrilən Qızıl Aypara Cəmiyyəti hazırda respublikada ən böyük sosial bazaya malik qeyri-hökumət təşkilatlarından biridir. Bu gün Cəmiyyət öz sıralarında 370 mindən çox üzvü və 25 minə yaxın könüllünü birləşdirir. Hər il bu statistika artır. Bu illər ərzində AzQAC öz fəaliyyəti ilə kifayət qədər uğurlar əldə edib. Respublikada həyata keçirdiyi tibbi-sosial, humanitar və digər layihələr, müxtəlif mövzularda apardığı maarifləndirmə işləri əhalinin sağlamlığını, təbii fəlakətlər və texnogen qəzalar zamanı davranış qaydalarını, ilk yardım və bu sahədə digər vərdişlərin mənimsənilməsi üzrə layihələr buna misaldır.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti xeyriyyəçilik kampaniyalarında iştirak etmək istəyən hər bir vətəndaşa şərait yaradır. Bu barədə danışan Novruz Aslanov deyib ki, belə kampaniyalar haqqında bütün məlumatlar Cəmiyyətin rəsmi internet səhifəsində yerləşdirilir. Bu da şəffaflığı təmin edən vacib amillərdən biridir.
Diqqətə çatdırılıb ki, AzQAC-ın əsas tərəfdaşları Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Beynəlxalq Qızıl Xaç Komitəsidir. Həyata keçirilən layihələrdə bu təşkilatların böyük rolu var. Son beş ildə bu təşkilatlarla birgə kifayət qədər uğurlu layihələrə imza atılıb. Fövqəladə hallara hazırlıq və cavabvermə, HİV, AİDS və vərəmlə mübarizə, səhiyyə maarifi, gənclər və könüllülərlə iş və digər layihələr bu qəbildəndir.
Novruz Aslanov gizli səsvermə yolu ilə yenidən təşkilatın prezidenti seçilib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün öz missiyasını uğurla davam etdirir. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək, 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Bu münasibətlə Azərbaycan Qızıl Aypara Cəmiyyəti də bir sıra tədbirlər keçirəcək, öz yaranma tarixinə və keçdiyi yola nəzər salacaq və gördüyü işlər barədə ictimaiyyəti ətraflı məlumatlandıracaq.
Ərəstun Mehdiyev qeyd edib ki, müstəqilliyimizin ilk illərində hökm sürən mürəkkəb şəraitdə milli Qızıl Aypara Cəmiyyətinə böyük ehtiyac duyulurdu. Cəmiyyət həmin çətin dövrlərdə qaçqınların və məcburi köçkünlərin problemləri ilə bağlı xeyli işlər gördü. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qurumun işində əsaslı dönüş yarandı. AzQAC-ın fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Təşkilatın bir qrup üzvü fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunub. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Sərəncama əsasən hər il martın 10-u Azərbaycanda Qızıl Aypara Günü kimi qeyd olunur. Bu, dövlətimizin başçısının Qızıl Aypara Cəmiyyətinin humanitar fəaliyyətinə, nəcib missiyasına verdiyi ən yüksək qiymətdir.
Prezident Administrasiyasının rəsmisi əmin olduğunu bildirib ki, təşkilat öz xeyirxah missiyasını və gərəkli fəaliyyətini bundan sonra da səylə davam etdirəcək.
AzQAC-ın tarixinə nəzər salan Milli Məclisin komitə sədri Eldar İbrahimov 1920-ci ildə yaranmış təşkilatın ötən müddətdə şərəfli yol keçdiyini diqqətə çatdırıb. Qeyd edib ki, dövlət müstəqilliyimizin bərpa olunduğu ilk illərdə ölkə həyatının bütün sahələrində olduğu kimi, Qızıl Aypara Cəmiyyəti də ciddi çətinlik və problemlərlə üzləşmişdi. Bu məsələlərin həlli və təşkilatın fəaliyyətini canlandırmaq üçün Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bir sıra Qanun layihələri qəbul edildi. Hazırda AzQAC heç bir donordan asılı deyil və müstəqil fəaliyyət göstərir.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, bəziləri Azərbaycana demokratiya dərsi keçmək istəyirlər. Halbuki, Azərbaycanda demokratiya yüz il əvvəl, Xalq Cümhuriyyətinin yaranması ilə bərqərar olub. Bu gün ölkəmizdə çoxsaylı qeyri-hökumət təşkilatları mövcuddur və sərbəst fəaliyyət göstərirlər. AzQAC da bunun bir nümunəsidir. O, nəinki ölkə daxilində, həm də beynəlxalq aləmdə layiqli yer tutub. Qurum bu illər ərzində humanizm prinsiplərini əsas götürüb və onun fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər.
Əli Həsənov qeyd edib ki, indiyədək Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanda 14 nümayəndəsi fəaliyyət göstərib. Xanım Elena Aymone Sessera 15-ci nümayəndədir. AzQAC ölkəmizdə fəaliyyət göstərən ən böyük müstəqil QHT-dir. Onun müstəqilliyini şərtləndirən əsas amil heç bir donordan asılı olmamasıdır. Təşkilat çətin vəziyyətdə olan insanlara kömək edir, çoxsaylı humanitar layihələr həyata keçirir. Azərbaycanın Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda reytinqdə 35-ci yeri, MDB ölkələri arasında isə birinci yeri tutduğunu xatırladan Baş nazirin müavini deyib ki, ölkəmizin dinamik inkişafı qaçqınlar və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün böyük imkanlar yaradır. Azərbaycan dövləti bu kateqoriyadan olan insanlara hərtərəfli qayğı göstərir. Müstəqilliyinin ilk illərində erməni işğalına məruz qalan Azərbaycanda yaşayan 7 milyon insandan 1 milyonu doğma yurd-yuvalarından didərgin düşmüşdü. O zaman Azərbaycan heç kimdən kömək gözləmədən öz problemlərini həll etdi və bu işə AzQAC da öz töhfəsini verib. Ölkəmizdə qaçqınların və məcburi köçkünlərin hüquqları tam şəkildə qorunur. Amma Azərbaycana demokratiya və insan hüquqları dərsi keçməyə çalışan, yüz milyonlarla əhalisi olan Avropa bir milyon miqrantın hüquqlarını təmin edə bilmir.
Çıxışının sonunda Ə.Həsənov təşkilatın öz humanist missiyasına bundan sonra da səylə davam edəcəyinə əminliyini ifadə edib.
Bununla da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXV baş məclisi başa çatıb.
Xəbər lenti
Hamısına baxHadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12

