/ / Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları və prinsipləri əsasında həll edilməlidir
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları və prinsipləri əsasında həll edilməlidir
08.04.2018 [10:22]
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi münaqişənin mərhələli həllində birinci addım olmalıdır
Cənubi Qafqaz regionunda sülhün bərqərarına mane olan Ermənistan Respublikası Azərbaycan torpaqlarını işğal altında saxlamaqla beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Bütün beynəlxalq çağırışlara məhəl qoymayan Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində hər zaman qeyri-konstruktiv mövqe tutur. İşğal edilmiş ərazilərin qeyd-şərtsiz boşaldılması ilə bağlı istər BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi, istərsə də digər nüfuzlu beynəlxalq təşkilatların bəyannamələri və qətnamələri yerinə yetirilmir, işğalçı ölkə irəli sürülən tələblərə riayət etmir. Öz işğalçılıq siyasətini davam etdirən Ermənistan bununla həm də regionun ümumi təhlükəsizliyinə təhlükə yaradır.
Status-kvo qəbuledilməzdir və o, dəyişməlidir
Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi haqqında danışarkən ATƏT-in Minsk qrupunun fəaliyyətinə xüsusi toxunmaq gərəkdir. Azərbaycan ictimaiyyəti haqlı olaraq, 20 ildən artıqdır davam edən danışıqların nəticə verməməsini qınayır. Ümumi ictimai rəy bundan ibarətdir ki, vasitəçilik missiyasını həyata keçirən Minsk qrupu üzvlərinin fəaliyyətində müəyyən korrektələr edilməlidir. Doğrudur, bu günə qədər Minsk qrupunun üzvləri münaqişənin sülh yolu ilə həllinin vacibliyi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı müxtəlif bəyanatlar qəbul edib, status-kvonun qəbuledilməz olduğunu vurğulayıblar. Amma Ermənistanın heç bir tələbə məhəl qoymaması, beynəlxalq aləmin çağırışlarına riayət etməməsi artıq bəyanatlar mərhələsindən əməli fəaliyyət mərhələsinə keçidi şərtləndirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində münaqişənin həlli prosesinə toxunaraq bildirib ki, indiki vəziyyət istər Azərbaycan, istərsə də dünya birliyi üçün məqbul deyil. Xüsusən ona görə ki, vasitəçilik missiyası mandatına malik olan, Minsk qrupunun həmsədrləri olan ölkələr - Rusiya, Fransa və ABŞ dövlət başçıları səviyyəsində birgə bəyanatlarında dəfələrlə bildiriblər ki, status-kvo qəbuledilməzdir və o dəyişməlidir: “Biz bu mövqeyə tamamilə şərikik və bu cür bəyanatları çox düzgün hesab edirik. Lakin biz konkret fəaliyyət gözləyirik. Bəyanatlar, əlbəttə, vacibdir, lakin bizə bu məsələnin tənzimlənməsi lazımdır. Məsələnin tənzimlənməsi üçün bütün hüquqi mexanizmlər mövcuddur. BMT Təhlükəsizlik Şurası 20 ildən çox bundan əvvəl erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr öz qüvvəsini saxlayır və onlar yerinə yetirilməlidir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. Təəssüf ki, bu imtinaya görə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib”.
Ermənistan danışıqları imitasiya edərək beynəlxalq hüququ kobud şəkildə pozur
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün beynəlxalq ictimaiyyət münaqişənin həlli prosesində yekdilliklə ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Aparıcı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqeyini açıqlayıb. Bu mənada, NATO, BMT, ATƏT, Avropa Şurası və Avropa Birliyi, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumların münaqişənin həlli ilə bağlı qəbul etdikləri sənədləri xatırlatmaq kifayətdir. Amma işğalçı ölkə bu qətnamələrə riayət etmir, işğala son vermir. Dövlətimizin başçısı da bildirib ki, bir çox mühüm beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər qətnamələr qəbul etsə də Ermənistan həmin qətnamələri yerinə yetirmir və Azərbaycan torpaqlarının işğalını davam etdirir. İşğal nəticəsində isə bir milyondan çox azərbaycanlı öz torpağında məcburi köçkün, qaçqın vəziyyətinə düşüb. Prezident İlham Əliyev deyib ki, bizim şəhərlərimiz dağıdılıb, insanlarımız öz yurdlarından qovulublar. Bizə qarşı etnik təmizləmə həyata keçirilib. Bütün bunlar faktlar və materiallarla sübut edilib. Bu cür materiallar kifayət qədərdir: “Lakin məsələnin tənzimlənməməsinin başlıca səbəbi ondan ibarətdir ki, Ermənistan status-kvonu dəyişmək istəmir. Ermənilər sözdə danışıqlar aparmaq arzusunu bildirir, əslində isə danışıqları imitasiya etməklə məşğul olur və əllərindən gələni edirlər ki, hər şey dairə boyunca təkrarlansın və bu prosesin sonu olmasın. Bu isə istər bizim üçün, istərsə də dünya birliyi üçün qəbuledilməzdir. Buna görə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən tezliklə yerinə yetirilməsi, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə tezliklə başlanması - axı təkcə Dağlıq Qarabağ deyil, həm də Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinə heç bir aidiyyəti olmayan və olmamış 7 Azərbaycan rayonu da işğal altındadır - münaqişənin mərhələli tənzimlənməsində birinci addım olmalıdır və münaqişə beynəlxalq hüququn normaları və prinsipləri əsasında həll edilməlidir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34

