“The Daily Caller” qəzetində Ermənistanda kədərli vəziyyət barədə məqalə dərc edilib
10.04.2018 [09:30]
Amerikada çıxan “The Daily Caller” qəzetində “Jewish News Service” nəşrinin sabiq baş redaktoru Ceykob Kamarasın Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Ermənistanda yaranmış dözülməz iqtisadi və siyasi vəziyyət barədə məqaləsi dərc edilib.
Ermənistanı “durğunluq vəziyyətində olan zibilxana” adlandıran müəllif erməni deputat Aram Manukyanın bəyanatlarına istinadla yazır ki, deqradasiyaya uğramış bu ölkədə vəziyyət get-gedə pisləşir, Ermənistan “Avrasiyada dövlətlərarası iqtisadi münasibətlərdə praktiki olaraq heç bir rol oynamır”.
Müəllif A.Manukyandan sitat gətirərək qeyd edir ki, Ermənistan regional və beynəlxalq miqyaslı bütün layihələrdən, o cümlədən dəmir yol və enerji layihələrindən kənarda qalır.
Manukyan təəssüflə vurğulayır ki, Azərbaycan, Türkiyə və Gürcüstanın təşəbbüsü ilə başlanmış “Yeni İpək Yolu” kimi mühüm layihədə Yerevan iştirak etmir. Keçən il həmin layihə çərçivəsində bu ölkələri birləşdirən, Avropa ilə Çin arasında yük və sərnişin daşımalarını təmin edən, Ermənistandan yan keçən Bakı-Tbilisi-Qars dəmiryol xətti istifadəyə verilib.
Ekspert yazır ki, eyni zamanda, Azərbaycan artıq bu il Türkiyəyə təbii qaz nəql edəcək. Sonra, 2019-cu ildə isə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm element olan “Şahdəniz-2” yatağından çıxarılan təbii qaz Avropaya nəql ediləcək. Ermənistanda baş alıb gedən korrupsiya ölkədə vəziyyəti daha da gərginləşdirir. Bu səbəbdən, sağlam düşüncəli investorların heç biri Ermənistanda sərmayə qoymağa risk etmir.
Azərbaycan və Gürcüstan öz iqtisadiyyatlarını qərb ölkələri, ABŞ və Avropa ilə sıx münasibətlər əsasında qurur. Ermənistanın geridə qalmış iqtisadiyyatı əvvəlki kimi yenə də kənd təsərrüfatından asılıdır, inflyasiyanın sürətlə artması və ciddi zəka axını müşahidə olunur.
Kamaras yazır ki, Ermənistanın bu “girdab”dan çıxmasının yeganə mümkün yolu Azərbaycan ilə münaqişəni həll etmək və iqtisadi cəhətdən güclü olan bu dövlətlə yaxınlaşmaqdır. Bu məqsədə nail olmaq üçün Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalından əl çəkməlidir. BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi də bunu tələb edir.
Kamaras sonda yazır ki, ABŞ Qafqazdakı bu reallığı nəzərə almalıdır. ABŞ başqa bir ölkənin siyasi vassalı olan, dilənçi vəziyyətinə düşmüş Ermənistanla deyil, regionun “qərbyönümlü iqtisadi ulduzları” olan Azərbaycan və Gürcüstanla müttəfiqlik etməlidir.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

