Nazirlər Kabinetində 2010-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib
25.09.2009 [11:06]
Maliyyə naziri Samir Şərifov büdcə layihəsinin əsas parametrləri barədə məlumat verərək qeyd edib ki, 2010-cu il üçün dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illərdə xalqımızın maddi rifahının yaxşılaşdırılması, iqtisadiyyatımızın sıçrayışlı sürətlə artırılması istiqamətində əldə olunmuş nailiyyətlərin qlobal maliyyə-iqtisadi böhran şəraitində qorunub saxlanılması, müəyyən olunmuş sosial-iqtisadi kursun ardıcıl surətdə davam etdirilməsi zəminində, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun, dünya iqtisadiyyatında növbəti illərdə gözlənilən meyillər nəzərə alınmaqla tərtib edilib.
Layihə hazırlanarkən Azərbaycan dövlətinin inkişafı üçün müəyyən edilmiş strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq dövlət büdcəsinin sosial və investisiya yönümlülüyünün təmin edilməsinə, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin müdafiə potensialının, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, qəbul olunmuş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilib.
Dünya iqtisadiyyatının tənəzzüldən yenicə çıxması fonunda 2010-cu il dövlət və icmal büdcələrinin gəlir və xərclərinin artım sürətinə mühafizəkar yanaşılmaqla 2008-2009-cu illər üçün büdcələrin artım sürətinə nisbətən az proqnozlaşdırılıb. 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 milyard 015 milyon manat təşkil etməklə ümumi daxili məhsulun (üDM) 31,5 faizi həcmində olacaq. 2010-cu il dövlət büdcəsinin xərcləri 11 milyard 264 milyon manat proqnozlaşdırılmaqla üDM-in 35,4 faizi həcmində olacaq.
Qeyd edilib ki, gələn ilin dövlət büdcəsinin xərclərində cari xərclər 6792,2 milyon manat və ya xərclərin 60,3 faizi həcmində, əsaslı xərclər 4386,3 milyon manat və ya xərclərin 38,9 faizi həcmində, dövlət borcuna xidmətlə bağlı xərclər 85,5 milyon manat və ya xərclərin 0,8 faizi həcmində olacaq.
İqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, konsepsiya və proqnozların hazırlanması prosesində 2008-ci ilin yekunları və ötən dövrün sosial-iqtisadi nəticələri, aidiyyəti dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə də ölkə iqtisadiyyatının gələcək inkişafına təsir edə biləcək bir sıra xüsusiyyətlər, o cümlədən inflyasiya meyillərinin artması ehtimalı, neftin qiymətinin kəskin şəkildə artıb-azalması və digər amillər nəzərə alınıb.
Baş nazir Artur Rasizadə iclasa yekun vuraraq, ölkədə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış və hazırda uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində qazanılmış nailiyyətlərdən danışıb, Azərbaycanın gələcəkdə də siyasi, iqtisadi və digər sahələrdə daha böyük uğurlar əldə edəcəyinə əminliyini bildirib.
Müzakirələrin yekununa əsasən, dövlət büdcəsinin layihəsini ölkə Prezidentinə təqdim etmək qərara alınıb.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15

