"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 28-ci cildi çapdan çıxıb
30.09.2009 [15:46]
Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir. Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il iyunun 3-də Xətai rayonunda “Azərneftyağ” İstehsalat Birliyinin işçiləri üçün tikilmiş yeni yaşayış binalarının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdəki nitqi ilə başlayan cilddə 2000-ci ilin 3 iyunundan 2 iyulunadək dövrdəki nitqləri, çıxışları, bəyanatları, müsahibələri, məktubları, müraciətləri, təbrik teleqramları və s. daxil edilib.
Kitabda Ulu öndərin “Xəzərneftqaz-2000” Beynəlxalq sərgi-konfransda dərin məzmunlu nitqi, Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının VI zirvə görüşündə, həmçinin Moskvada MDB ölkələrinin dövlət başçılarının növbəti zirvə görüşündə dövlət və hökumət nümayəndələri ilə apardığı danışıqlar, nüfuzlu informasiya vasitələrinə verdiyi bəyanat və müsahibələr, ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi və genişləndirilməsindən bəhs edən materiallar toplanıb.
Bütün cildlərdə olduğu kimi, bu cilddəki materiallarda da ümummilli liderin Dağlıq Qarabağ probleminin həlli və münaqişənin nizama salınması ilə əlaqədar ortaya qoyduğu ölkəmizin prinsipial mövqeyi öz əksini tapıb. Görkəmli dövlət xadimi 2000-ci il iyunun 10-da İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının VI zirvə görüşündəki nitqində dediyi sözlər buna bariz nümunədir: “Azərbaycan Ermənistanla sülhə nail olmaq və əməkdaşlıq etmək niyyətindədir. Lakin bu əməkdaşlıq Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən, qaçqınlar öz daimi yaşayış yerlərinə qayıtdıqdan sonra ola bilər. Azərbaycan Dağlıq Qarabağa Azərbaycan Respublikası tərkibində ən yüksək özünüidarəetmə statusu verməyə hazırdır. Bizim bu mövqeyimiz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin başçılarının 1996-cı ildə Lissabonda keçirilmiş Sammitində münaqişənin sülh yolu ilə həlli üçün əsas olan üç məlum prinsipdə öz əksini tapıb. Dünya ölkələrinin birgə səyləri Ermənistana sübut etməlidir ki, münaqişənin Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımaq əsasında sülh yolu ilə həll edilməsinə alternativ yoxdur”.
AzərTAc-ın materialları əsasında hazırlanmış çoxcildliyin bu kitabına da “Qeydlər”, “Şəxsi adlar göstəricisi”, “Coğrafi adlar göstəricisi” daxil edilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43

