/ / Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Parisdə təntənə ilə qeyd edilib
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Parisdə təntənə ilə qeyd edilib
25.05.2018 [09:32]
Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr edilmiş foto və videomateriallardan ibarət sərgi ilə tanış olublar. Birinci respublikanın təsisçilərinin görüşlərini, Müstəqillik Bəyannaməsini əks etdirən sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub. İştirakçılara burada nümayiş olunan materiallar haqqında məlumat verilib.
“Opera” salonunda təşkil olunmuş ziyafəti Alen Tremolyer fransız dilində “Azərbaycan” şeiri ilə açıb. Fransız musiqiçilər Azərbaycanın və Fransanın dövlət himnlərini səsləndiriblər.
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev çıxış edərək dünyanın hər yerində azərbaycanlıların 28 Mayı Respublika Günü kimi qeyd etdiklərini bildirib. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, bütün sahələrdə həyata keçirilmiş islahatlardan və quruculuq işlərindən bəhs edib.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, plüralist parlamentin təsis edildiyi, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq vətəndaşların bərabər hüquqlara malik olduğu qeyd edilib. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr ərzində qazanılan nailiyyətlərdən geniş bəhs edərək, dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin, Azərbaycan Milli Ordusunun yaradılmasının, Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsinin, ölkənin himninin, bayrağının və gerbinin təsis edilməsinin Azərbaycan tarixində yeni şərəfli səhifə açdığını bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm nailiyyətlərindən birinin qadınlara səsvermə hüququnun verilməsi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, birinci respublikanın nailiyyətlərini izləyən böyük dövlətlərin nümayəndələri onun rəhbərlərini alqışlayıblar. 1919-cu ildə Britaniyanın Qafqaz üzrə ali komissarı Oliver Uoldrop deyib ki, Azərbaycan Zaqafqaziyanın digər etnik qrupları üçün ən yaxşı nümunədir.
Səfir əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğunu vurğulayıb. O, müasir müstəqil ölkəmizin iqtisadi inkişafı, sabitliyi və tarazlaşdırılmış xarici siyasəti haqqında danışıb. Qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı təcavüzünə baxmayaraq, Azərbaycan regionun lider dövlətinə çevrilib. Bakı qitələri birləşdirən böyük layihələrə imza atıb.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş ziyafət Əməkdar Artist İsfar Sarabskinin və tarzən Şəhriyar İmanovun ifasında musiqi proqramı ilə davam edib.
Tədbir çərçivəsində ziyafət və sərgi salonlarında böyük ekranda ölkəmizin mədəniyyətindən, təbiətindən, iqtisadi uğurlarından, ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdən bəhs edən sənədli film nümayiş olunub.
Qonaqlar Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi, eləcə də Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinin təşviqinə dair nəşrləri ilə tanış olublar.
Nəşrlər arasında Fransa Milli Assambleyasının “Le Journal du Parlement” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş xüsusi nömrəsi də təqdim olunub.
Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, mətbəxinə dair nəşrləri hədiyyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29

