İtaliya televiziyasında Azərbaycana həsr olunmuş veriliş yayımlanıb
05.06.2018 [09:51]
İtaliyanın “SKY 835 AB Channel” kanalının “Eurasia News TV” proqramı iki iyun tarixli buraxılışını Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə İtaliyanın “Edizione Nuova Cultura” nəşriyyat evi tərəfindən çap edilmiş “Heydər Əliyev və müstəqil Azərbaycan” kitabının təqdimat mərasiminə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar keçirilmiş rəsmi qəbula həsr edib.
AZƏRTAC xəbər verir ki, proqramda “Heydər Əliyev və müstəqil Azərbaycan” kitabının təqdimat mərasimində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin, kitabın həmmüəllifləri - Roma Sapienza Universitetinin professorları Daniel Pommier Vinçelli və Andrea Karteninin, İtaliyanın Azərbaycandakı sabiq səfiri Marqarita Kostanın çıxışları, eyni zamanda, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri, uğurlu daxili və xarici siyasəti, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, ictimai-siyasi sabitliyinin təmin olunması, dövlətçiliyinin gücləndirilməsi, beynəlxalq münasibətlərin fəal üzvünə çevrilməsi, o cümlədən İtaliya və Müqəddəs Taxt-Tac ilə münasibətlərinin qurulması və inkişafı barədə məlumatlar yer alıb. Kitabın təqdimatı mərasimində Azərbaycan və İtaliya musiqiçilərinin konsert proqramından da görüntülər yayımlanıb.
Həmçinin verilişdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda səfir Məmməd Əhmədzadənin, İtaliya tərəfdən əsas qonaqlar qismində iştirak edən Senatın sədri Maria Elsabetta Kasselati və xarici işlər nazirinin müavini Benedetto Della Vedovanın çıxışlarına yer verilib. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi yol, əldə olunmuş nailiyyətlər, regional əməkdaşlıq və sabitliyə verdiyi töhfələr, ölkəmizin multikulturalizm ənənələri, Azərbaycan-İtaliya strateji tərəfdaşlığından bəhs olunub.
İki ölkə arasında yüksəksəviyyəli siyasi dialoq və güclü iqtisadi əməkdaşlıq məsələlərinə toxunularaq Cənub Qaz Dəhlizinin, o cümlədən Trans-Adriatik boru kəmərinin həm Avropanın enerji təhlükəsizliyinə, həm də Azərbaycan-İtaliya əlaqələrinə töhfəsi vurğulanıb. Həmçinin iki ölkə arasında humanitar, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq məsələləri, bu xüsusda Heydər Əliyev Fondunun töhfələrinə toxunulub.
Verilişboyu Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinə dair bir sıra videoçarxlar da nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxMEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31

