Milli Məclisdə Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının iştirakçıları ilə görüş olub
22.06.2018 [09:17]
İyunun 21-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının iştirakçıları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ölkəmizdə ombudsmanların beynəlxalq konfransının keçirilməsini təqdir edib. O bildirib ki, builki konfrans 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyi kimi mühüm hadisələrlə üst-üstə düşür.
Milli Məclis sədrinin birinci müavini qeyd edib ki, Azərbaycanda insan hüquqlarının qorunması və onların icra mexanizmlərinə xüsusi diqqət yetirilir. Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra bir sıra beynəlxalq təşkilatların tamhüquqlu üzvü olub. Azərbaycan insan hüquqları ilə bağlı öhdəliklərinin yerinə yetirilməsinə xüsusi əhəmiyyət verir. 1995-ci ildə Azərbaycanın ilk milli Konstitusiyası qəbul edildi. Bu Konstitusiyanın üçdəikisi insan hüquqlarına həsr olunub. Eyni zamanda, insan hüquqlarının reallaşdırılması mexanizminin daha da təkmilləşdirilməsi ilə bağlı Ombudsman İnstitutu təsis edilib. Həmçinin müvafiq dövlət proqramları, qanunlar qəbul olunub.
Ziyafət Əsgərov hüquq bərabərliyinin hazırda bütün dünyada çox vacib məsələlərdən biri olduğunu deyib. Qeyd edib ki, hələ 1918-ci ildə Azərbaycanda demokratik cümhuriyyət qurulanda ilk olaraq hüquq bərabərliyi əsas amil, prinsip kimi götürülüb, qadınlarla kişilərə bərabər hüquqlar verilib.
Azərbaycanda “Gender bərabərliyi haqqında” Qanunun qəbul edildiyini söyləyən Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, ölkəmizdə irqindən, dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər münasibət sərgilənir. İstər parlamentdə, istər dövlət idarəetməsində, istərsə də bələdiyyələrdə qadınların iştirak çəkisi artmaqdadır.
Görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib.
Ziyafət Əsgərov, həmçinin konfrans iştirakçılarına Azərbaycan parlamentinin yaranma tarixindən və fəaliyyətindən danışıb.
Görüşdə iştirak edən Elmira Süleymanova Ombudsman İnstitutunun Milli Məclislə sıx əməkdaşlığından bəhs edib. Bildirilib ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsi ilə bağlı bir çox sənədlər qəbul olunub. Parlamentdə müzakirəyə çıxarılan bu qanun layihələri ilə bağlı onun fikirləri öyrənilir. Ombudsman tərəfindən il ərzində həyata keçirilən tədbirlər barədə Milli Məclisdə hesabat verilir.
Elmira Süleymanova Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində təmsil etdiyi qurum tərəfindən görülən işlər, əldə edilən nailiyyətlərdən danışıb.
Konfrans iştirakçıları səmimi görüşə görə minnətdarlıqlarını ifadə ediblər. Onlar Azərbaycan xalqının qonaqpərvərliyini və Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd ediblər. Qonaqlar ölkələr arasında əlaqələrin genişləndirilməsinin vacibliyini söyləyiblər.
Görüşdə Ziyafət Əsgərov qonaqları maraqlandıran sualları ətraflı cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03

