Şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
10.07.2018 [09:29]
Səudiyyə Ərəbistanında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə iyulun 9-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İƏT-in baş katibinə çatdıran şeyxülislam dövlətimizin başçısının təşkilatla münasibətlərə böyük önəm verdiyini vurğulayıb, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-in hər zaman Azərbaycanın yanında olmasına görə baş katibə təşəkkürünü çatdırıb.
Azərbaycana çoxsaylı səfərlərini məmnunluqla xatırlayan Yusif bin Əhməd əl-Useymin, öz növbəsində, Azərbaycan Prezidentinin İslam həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi töhfələri qiymətləndirərək dövlətimizin başçısı İlham Əliyevə səmimi salamlarının çatdırılmasını xahiş edib.
Əfqanıstanda sülh və istiqrar mövzusuna həsr edilmiş beynəlxalq müsəlman üləma konfransının hədəflərindən danışan İƏT-in baş katibi Əfqanıstanda siyasi qruplaşmalar, təriqətlər və tayfalar arasında silahlı münaqişənin dialoqla əvəz edilməsi, beləliklə, bu ölkədə milli barışığın təmin olunması istiqamətində İslam dünyasında xüsusi çəkisi və nüfuzu olan üləmaların böyük töhfə verə biləcəyini vurğulayıb.
Əfqanıstanda gedən siyasi proseslərə və bu ölkənin xüsusiyyətinə hələ Sovetlər dönəmindən yaxşı bələd olduğunu bildirən şeyxülislam Allahşükür Paşazadə bu ölkədə sabitliyin bərpa edilməsinin və milli barışığın təmin olunmasının bütövlükdə İslam dünyası üçün böyük əhəmiyyət daşıdığını bildirib, Azərbaycanın bu istiqamətdə artıq bir neçə beynəlxalq konfransa - 2017-ci ilin dekabr ayında Bakıda “Asiyanın ürəyi-İstanbul prosesi”nin 7-ci nazirlər toplantısına, 2018-ci ilin iyun ayında isə Əfqanıstana dair Beynəlxalq Təmas Qrupunun toplantısına ev sahibliyi etdiyini xatırladıb. Ciddədə və Məkkədə keçiriləcək konfransın Əfqanıstanda milli barışığın bərpası istiqamətində yaxşı başlanğıc olacağını vurğulayan Qafqaz Müsəlmanları İdarəsinin sədri belə yığıncaqların davamlı olmasının vacibliyini vurğulayıb.
Ölkəmizin Əfqanıstanda sabitliyin bərqərar olması üçün gördüyü işləri yüksək qiymətləndirən İƏT-in baş katibi şeyxülislam Allahşükür Paşazadənin bu konfransda iştirakını Azərbaycan dövlətinin məsələyə verdiyi önəm və mövqeyi kimi dəyərləndirib.
Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev də iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

