/ / Rəcəb Tayyib Ərdoğanın yeni müddətə prezidentliyə başlaması münasibətilə Ankarada rəsmi ziyafət keçirilib
Rəcəb Tayyib Ərdoğanın yeni müddətə prezidentliyə başlaması münasibətilə Ankarada rəsmi ziyafət keçirilib
10.07.2018 [09:30]
Ziyafətdə Baş nazir Novruz Məmmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib
İyulun 9-da Rəcəb Tayyib Ərdoğanın prezidentlik fəaliyyətinin yeni dönəminin başlaması münasibətilə Türkiyənin paytaxtı Ankarada rəsmi ziyafət keçirilib.
AZƏRTAC xəbər verir ki, ziyafətdə Azərbaycanı Baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Rəsmi ziyafətin keçirildiyi Beştəpədəki Prezident Administrasiyasının qarşısında fəxri qarovul dəstəsi düzülüb.
Toplardan yaylım atəşi açılıb.
Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi ziyafətdə çıxış edib.
Çıxışında iyunun 24-də ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinin nəticələri, Türkiyədə yeni idarəetmə sistemi, dövlət strukturundakı islahatların əhəmiyyəti, daxili və xarici siyasətin istiqamətləri, həyata keçirilən iqtisadi layihələrin önəmi, terrorçuluqla mübarizə, qarşıda duran digər vəzifələr və s. mühüm məqamlardan danışan Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyəni dünyanın ən inkişaf etmiş 10 ölkəsi sırasına çıxarmaq qarşıda duran əsas vəzifələrdən biridir.
Günümüzə qədər Türkiyə yolunda canını fəda edən şəhidlərə, eləcə də iyulun 8-də Uzunköprü-İstanbul marşrutu ilə hərəkət edən sərnişin qatarının qəzaya düşməsi nəticəsində həlak olanlara Allahdan rəhmət diləyən dövlət başçısı əminliklə bildirib ki, yeni idarəetmə sistemi ölkəni qüdrətləndirməklə bərabər, hər bir vətəndaşın hüquq və bərabərliyini təmin edəcək.
Sonra Türkiyənin Diyanət İşləri Başqanı Əli Ərbaş yeni idarəçilik sisteminə və Prezident Rəcəb Tayyib Ərdoğanın ali dövləti fəaliyyətinə uğurlar diləyib.
Ziyafətdə 22 prezident, 28 baş nazir və parlament sədri, 6 beynəlxalq təşkilatın rəhbərləri də daxil olmaqla 6 min nəfər dəvətli şəxs iştirak edib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan dövlət başçısı kimi iyulun 9-da Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib.
Bununla da Türkiyədə prezident üsul-idarəli hökumət rəsmən fəaliyyətə başlayıb.
Türkiyə Böyük Millət Məclisinə gələrkən Prezident Rəcəb Tayyib Ərdoğanı vətəndaşlar böyük coşqu ilə qarşılayıblar.
Andiçmə mərasimindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbiri ziyarət edib.
Xatırladaq ki, Türkiyə Ali Seçki Komissiyasının seçkilərin yekunu ilə bağlı rəsmi məlumatına görə, ölkə üzrə təxminən 60 milyon seçicinin 26 milyon 330 min 823 nəfəri Rəcəb Tayyib Ərdoğana səs verib.
Mərasimdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan mətbuat konfransı keçirib.
Prezidentin sədrliyi ilə yeni tərkibli hökumət iyulun 13-də ilk iclasını keçirəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

