/ / Rəşad Mahmudov: Gəncə hadisələri həm dövlətimizə, həm də dini-mənəvi dəyərlərimizə qarşı təxribatdır
Rəşad Mahmudov: Gəncə hadisələri həm dövlətimizə, həm də dini-mənəvi dəyərlərimizə qarşı təxribatdır
13.07.2018 [09:31]
Gəncədə baş verən qeyri-qanuni hərəkətləri, hüquq mühafizə orqanları əməkdaşlarının öldürülməsini birmənalı şəkildə pisləyir və düşünürəm ki, bu, dəhşətli faciə və cinayətdir. Bu, həm dövlətimizə, həm də dini-mənəvi dəyərlərimizə qarşı təxribatdır. İğtişaşdan öncə şəhər icra hakimiyyətinin başçısına qarşı törədilən terror aktı da dövlətçiliyimizə zərbə vurmaq cəhdidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, tanınmış kardiocərrah Rəşad Mahmudov deyib.
“Əlbəttə, bu hadisələri, polislərimizin öldürülməsini təkcə gəncəlilər yox, bütün Azərbaycan xalqı pisləyir. Hesab edirəm ki, din və şəriət adına ləkə gətirən bir qrup radikal ünsürün xarici havadarlarına uyaraq belə bir vəhşilik törətməsi dini-mənəvi dəyərlərimizə də, şəriətimizə də ziddir, bunların nə Qurana, nə də digər müqəddəs kitablara aidiyyəti var. Adam öldürmək, dövlətə, xalqa, millətə, ağsaqqala, ağbirçəyə, qanun keşikçisinə qarşı çıxmaq, hələ üstəlik, vəhşilik edib qan tökmək hansı dində, hansı müqəddəs kitabda yazılıb? Axı bu hərəkətlər heç bir əxlaq kateqoriyasına, heç bir əxlaq normasına sığmır! Bəs bu qəbahətlər, məkrli niyyətlər nədən qaynaqlanır? Bizim din xadimlərimizin, sağlam ruhlu və düşüncəli ilahiyyatçılarımızın dini-əxlaqi dəyərlərimiz barədə tutarlı izahatlarına baxmayaraq, nə üçün bəzi nadanlar və cəhalət adamları xarici təsirlərə məzlumcasına baş əyirlər? Bəlkə, bu təsirlər sosial şəbəkələrdə, müxtəlif portallarda, xarici məlumat saytlarında canfəşanlıq göstərən, insanların həssas və kövrək duyğuları ilə oynamağı bacaran “gözəgörünməz” müəlliflərin xidmətidir?”, - deyə Rəşad Mahmudov vurğulayıb. O əlavə edib ki, bütün hallarda bu hərəkətlərin, qanunazidd əməllərin arxasında Azərbaycanı istəməyən gizli qüvvələr dayanır, əsas niyyətləri də sabitliyi pozmaq, insanlar arasında xof yaratmaq, onları kütləvi itaətsizliyə yönəltməkdir. Əlbəttə, bizim hüquq mühafizə orqanlarımız bu işləri araşdıracaq və əminəm ki, cinayət törədənləri və təşkilatçıları aşkara çıxaracaqlar, onlar qanun qarşısında cavab verəcəklər: “Bununla belə, mən bir mühüm məsələni xüsusi vurğulamaq istəyirəm və düşünürəm ki, ayıq-sayıqlığı itirməmək üçün hər bir Azərbaycan vətəndaşı bunu nəzərə almalıdır. Son vaxtlar dövlətimizin başçısı İlham Əliyevin məqsədyönlü addımlarını, qətiyyətli daxili və xarici siyasətini sevməyən, gözü götürməyən bəzi ünsürlər fəallaşıb. Onlar sistemli şəkildə ideoloji təxribatla məşğul olurlar. Xarici ölkələrdə “isti yerdə” oturub saytlar, dini və etnik cərəyanlar və qurumlar vasitəsilə, “YouTube” kanalı ilə nə cür olur-olsun xalqımız arasında təfriqə yaratmağa, uğurlarımıza kölgə salmağa çalışırlar. Hətta bəzi xarici dini saytlar üsyana, itaətsizliyə səsləyən çağırışlar da edir. Xarici anti-Azərbaycan qüvvələrin belə bir mənfur niyyətini anlamaq çətin deyil, amma təəssüf ki, “sapı özümüzdən olan baltalar” - daxilimizdəki bəzi ünsürlər və qruplar onlara dəstək verir. Biz öz içimizdəki nankorların xain hərəkətlərinə də göz yuma bilmərik. Düşünürəm ki, ictimai rəyə təsir imkanı olan bütün insanlarımız bu adamları mümkün qədər qınamalı, cinayətə bəraət qazandıran adamların utancverici hərəkətlərini pisləməlidirlər. Biz hamımız dövlətimizin və Prezidentimizin ətrafında birləşməliyik. Vətənimizin, torpağımızın, dövlətçiliyimizin mənafeyi naminə hamı bir nöqtəyə vurmalıdır. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan dövlətini, onun müstəqilliyini, milli maraqlarını, mənəvi-əxlaqi dəyərlərini heç bir terror və təxribat sarsıda bilməz, çünki onun arxasında müdrik xalqı ilə güclü liderinin sarsılmaz birliyi dayanıb”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

