Milli Kino Günü münasibətilə Bakıda təntənəli mərasim keçirilib
03.08.2018 [09:12]
Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə il ərzində Azərbaycan kinosu ilə bağlı keçirilmiş tədbirləri, paytaxtda və regionlarda baş tutan film təqdimatlarını, beynəlxalq festivalları, kino günlərini, qala gecələri, yubileyləri, yeni filmlərin çəkiliş proseslərini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev kino işçilərini peşə bayramı münasibətilə təbrik edərək Ümummilli lider Heydər Əliyevin qərarına əsasən, bu əlamətdar günün artıq 18 ildir qeyd olunduğunu diqqətə çatdırıb.
Bildirib ki, builki bayram tədbirləri bir sıra özəlliyi ilə yadda qalacaq. Bu il Azərbaycan kinosunun 120 yaşı tamam olur. 1898-ci ilin 2 avqustunda Bakıda çəkilmiş kinosüjetlərin ilk nümayişi keçirilib. Ölkəmizdə kino sənətinin yaranması bu tarixdən götürülüb.
Nazir son illərdə Azərbaycan filmlərinin zirvələri fəth etdiyini söyləyib: “Azərbaycan filmlərinin hansı zirvələri fəth etdiyini, hansı yenilikləri tamaşaçılara təqdim etdiyini rəqəmləri nəzərdən keçirməklə müəyyən etmək olar. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsindən keçən müddət ərzində Azərbaycanda 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb”.
Azərbaycan kinosu ilə bağlı icra olunan dövlət proqramının müddətinin bu il sona çatdığını söyləyən nazir deyib ki, bu proqramda bəzi bəndlər icra olunmamış qalıb. Ona görə də bu işin məntiqi davamı kimi nazirlikdə kino mütəxəssisləri ilə birlikdə geniş fikir mübadiləsi aparılıb. Onun sözlərinə görə, kino sahəsinin inkişafına dair yeni konseptual proqram hazırlanıb: “Azərbaycan kinosunun yeni şəraitdə fəaliyyətinin təkmilləşdirilməsi, gənc nəslin bu sahəyə cəlb olması, eləcə də beynəlxalq səviyyəyə çıxmaq üçün tutarlı proqram işlənilib. Yəqin ki, hökumətə müraciət edərək Azərbaycan kinosunun növbəti on ildə də inkişaf tempinin azalmaması üçün yeni dövlət proqramının qəbul olunmasına çalışacağıq”, - deyə nazir vurğulayıb.
Nazir əlavə edib ki, bu günlər kino xadimləri üçün əlamətdar hadisələrlə yadda qalıb. Ölkə başçısı avqustun 1-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların, fərdi təqaüdlərin, orden və medalların verilməsi haqqında Sərəncam imzalayıb. Prezidentin imzaladığı müvafiq sərəncamlarını diqqətə çatdıran nazir bütün bunlara görə kino xadimləri adından ölkə başçısına minnətdarlığını bildirib.
Əlamətdar gün münasibətilə bir qrup kino xadiminə Mədəniyyət Nazirliyinin fəxri fərmanları və pul mükafatı verilib.
Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Şəfiqə Məmmədova rəhbərlik etdiyi qurum tərəfindən yubileyləri olan kino xadimlərinə, həmçinin veteran sənətkarlara mükafatların verildiyini söyləyib.
Ş.Məmmədova vurğulayıb ki, təqdim edilən mükafatlar 2018-ci ildə yubileyləri qeyd edilən bir neçə kino xadimlərinə də şamil olunub. Belə ki, dörd nəfərə 350 manat, səkkiz nəfərə isə 250 manat pul mükafatı təqdim olunub. O, Azərbaycan kinosuna verdiyi töhfələrə və 75 illik yubileyi münasibətilə Xalq Artisti, professor Oqtay Mirqasımova “Milli kino mükafatı”nı təqdim edib.
Bu il də kino işçilərinin peşə bayramı yeni ekran əsərinin premyerası ilə yadda qalıb.
Mərasimdə rejissor Yavər Rzayevin milli kinomuzun tarixi və keçdiyi zəngin inkişaf yolundan bəhs edən sənədli film nümayiş olunub.
Sonra tanınmış müğənnilərin ifasında Azərbaycan kinoları üçün yazılmış mahnılar səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 12:25
Gündəm
15 Sentyabr 12:22
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15

