Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / OANA İcraiyyə Komitəsinin üzvləri Tehranın görməli yerləri ilə tanış olublar

OANA İcraiyyə Komitəsinin üzvləri Tehranın görməli yerləri ilə tanış olublar

05.09.2018 [09:23]

Sentyabrın 4-də Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin üzvləri İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin görməli yerləri ilə tanış olublar.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, şəhərin Ərq meydanının yaxınlığında Tehran sədləri arasında yerləşən və Qacarlar sülaləsi dövrünə aid Gülüstan sarayı ilə tanışlıq qonaqlarda böyük maraq doğurub.
Məlumat verilib ki, XVI əsrdə Səfəvi şahı I Təhmasib tərəfindən inşa olunan saraydan sonralar Qacarlar sülaləsi iqamətgah kimi istifadə edib. Pəhləvilər sülaləsi dövründə mühüm mərasimlərin keçirildiyi saray hazırda muzey kimi fəaliyyət göstərir.
Həmin gün AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanov ilə İranın Mehr xəbər agentliyinin baş direktoru Əli Əsğəri arasında görüş olub.
Görüşdə agentliklər arasında əməkdaşlıq əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Baş direktor Əli Əsğəri bildirib ki, agentlik öz internet saytında Azərbaycan dili bölməsi yaratmaq niyyətindədir. Əli Əsğərinin təşəbbüsünü yüksək qiymətləndirən Aslan Aslanov bu işdə Mehr xəbər agentliyinə hərtərəfli dəstək göstəriləcəyini vurğulayıb.

Paylaş:
Baxılıb: 650 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30