Türkdilli dövlətlər arasında münasibətlər davamlı olaraq möhkəmlənir
08.09.2018 [10:24]
Ekspertlərin qənaətincə, Zirvə görüşü türkdilli dövlətlər arasında münasibətlərin uğurla inkişaf etdiyini və geniş perspektivlərə malik olduğunu nümayiş etdirdi
Müasir beynəlxalq münasibətlər sistemində regional, beynəlxalq təhlükəsizlik və əməkdaşlıq məsələləri mühüm əhəmiyyət kəsb edir. Yeni geostrateji şəraitdə ayrı-ayrı coğrafi məkanlarda təhlükəsizliyin təmin olunmasını şərtləndirən əhəmiyyətli amillərdən biri qarşılıqlı faydalı əlaqələrin və inteqrasiya prosesinin davam etdirilməsidir. Bu kontekstdə türkdilli dövlətlər arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli münasibətlərin inkişafı və əməkdaşlığın dərinləşdirilməsi böyük önəmə malikdir. Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşünün keçirilməsi isə bu baxımdan mühüm strateji əhəmiyyət daşıyır. Ekspertlərin qənaətincə, Zirvə görüşü türkdilli dövlətlər arasında münasibətlərin uğurla inkişaf etdiyini və geniş perspektivlərə malik olduğunu nümayiş etdirdi.
Milli Məclisin deputatı Tahir Rzayev qeyd edib ki, mühüm məqamlarla yadda qalan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü türkdilli dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir: “Zirvə görüşündə türkdilli dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına dair müzakirələr aparıldı. Hesab edirəm ki, bu Zirvə görüşü türkdilli dövlətlər arasında qarşılıqlı faydalı münasibətlərin inkişafına müstəsna töhfələr verəcək”.
“Zirvə görüşündə türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsi də diqqət mərkəzində oldu. Əlbəttə, indiki şəraitdə türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi həm ikitərəfli, həm də çoxşaxəli münasibətlərin inkişafı baxımından strateji əhəmiyyətə malikdir. Ticarət dövriyyəsinin artırılması və investisiya layihələrinin reallaşdırılması bu kontekstdə böyük önəm daşıyır”, - deyə millət vəkili əlavə edib.
T.Rzayev vurğulayıb ki, Azərbaycan türkdilli dövlətlərlə əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi önəm verir. “Ölkəmiz türkdilli dövlətlər arasında əlaqələrin güclənməsində maraqlıdır”, - deyə millət vəkili əlavə edib.
Milli Məclisin deputatı Sona Əliyeva isə deyib ki, dünyanın mövcud geosiyasi şərtləri fonunda türkdilli dövlətlər arasında əməkdaşlıq münasibətləri bu gün daha aktual və vacib xarakter daşıyır. Onun sözlərinə görə, xüsusilə Avrasiya məkanında mühüm proseslərin baş verdiyi zamanda türkdilli dövlətlər arasında səmərəli və uğurlu əlaqələrin mövcud olması regional təhlükəsizlik, o cümlədən beynəlxalq inteqrasiya kontekstində çox mühüm əhəmiyyətə malikdir. “Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşünün keçirilməsi bu baxımdan böyük önəm kəsb edir. Türkdilli dövlətlər arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etməsi sevindirici haldır”, - deyə millət vəkili əlavə edib.
S.Əliyeva qeyd edib ki, hazırda türkdilli dövlətlər arasında intensiv təmaslar həm tərəflər arasında münasibətlərin inkişafı, həm də regional və beynəlxalq əməkdaşlıq baxımından önəmlidir. “Azərbaycan türkdilli dövlətlərlə olduqca səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malikdir. Bu əlaqələr, əsas etibarilə, siyasi, iqtisadi, nəqliyyat, energetika, ticarət və humanitar sahələri əhatə edir. Yəni Azərbaycan türkdilli dövlətlərlə müxtəlif sahələrdə sıx əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ötən müddət ərzində türkdilli dövlətlər arasında çoxşaxəli, genişmiqyaslı əlaqələrin inkişafı istiqamətində strateji əhəmiyyətə malik olan çox mühüm addımlar atılıb, əhəmiyyətli və uğurlu nəticələr, nailiyyətlər əldə edilib”, - deyə Milli Məclisin deputatı əlavə edib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59

