/ / Bosniya və Herseqovinada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Təcili Tibbi Yardım Mərkəzinin açılışı olub
Bosniya və Herseqovinada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Təcili Tibbi Yardım Mərkəzinin açılışı olub
12.09.2018 [08:56]
Sentyabrın 10-da Bosniya və Herseqovinanın Kotor Varoş şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü, Prezident Mladen İvaniç, Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənov, Serb Respublikası səhiyyə nazirinin müşaviri Miloyko Qruyiçiç, Kotor Varoş şəhərinin meri Zdenko Sakan, Səhiyyə Mərkəzinin direktoru Vladimir Bibiç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Anar Ələkbərov iştirakçılara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səmimi salamlarını çatdırıb. Qeyd edib ki, Heydər Əliyev Fondu Azərbaycan ilə yanaşı, dünyanın müxtəlif ölkələrində təhsil, mədəniyyət, səhiyyə sahələrində layihələr, xeyriyyə tədbirləri həyata keçirir. Dini tolerantlığın hökm sürdüyü Azərbaycanda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr çərçivəsində çoxlu sayda dini məbədlər təmir və bərpa edilib, eləcə də tarixi-memarlıq abidələrinin bərpası reallaşdırılıb, mütəmadi olaraq multikulturalizmi və tolerantlığı təbliğ edən elmi konfranslar və forumlar keçirilir.
Anar Ələkbərov bildirib ki, Bosniya və Herseqovina Azərbaycan ilə dost ölkədir və ölkələrimiz arasında dərin qarşılıqlı münasibətlər mövcuddur. Fondun reallaşdırdığı bu layihələr ölkələrimiz və xalqlarımız arasında əlaqələrin genişlənməsinə şərait yaradır.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü, Prezident Mladen İvaniç ölkəsində növbəti sosial və səhiyyəyönümlü layihənin uğurla başa çatdırıldığına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya minnətdarlığını ifadə edib, bu layihələrin Bosniya və Herseqovina xalqlarının sevincinə səbəb olduğunu bildirib.
Kotor Varoş Səhiyyə Mərkəzinin direktoru Vladimir Bibiç çıxış edərək Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə, o cümlədən Bosniya və Herseqovinada həyata keçirdiyi mühüm sosial-humanitar layihələri xalqlarımız arasında həmrəyliyin təzahürü kimi qiymətləndirib, xeyriyyəçilik fəaliyyətinin nəticəsi olaraq bu gün Kotor Varoş şəhərində istifadəyə verilən və müasir avadanlıqla təmin edilən Təcili Tibbi Yardım Mərkəzinin, habelə Heydər Əliyev Fondu tərəfindən hədiyyə edilmiş təcili tibbi yardım nəqliyyat vasitəsinin yerli əhali üçün əhəmiyyətini vurğulayıb, Heydər Əliyev Fondunun rəhbərliyinə dərin təşəkkürlərini bildirib. Qeyd edilib ki, bu mərkəz son dövrlər ərzində Kotor Varoşda ərsəyə gətirilən ən müasir və yüksək standartlara cavab verən tikinti layihəsidir və yerli əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Şəhər meri Zdenko Sakan Heydər Əliyev Fondunun Kotor Varoş bələdiyyəsinin həyatında mühüm rol oynayan Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının inşasına göstərdiyi dəstəyə görə Kotor Varoş Bələdiyyə Məclisinin qərarı əsasında cari ilin aprelində “Qızıl Diplom” ilə təltif edildiyini deyib və bələdiyyənin yüksək mükafatını Fondun icraçı direktoru Anar Ələkbərova təqdim edib.
Sonra Kotor Varoş şəhərinin Səhiyyə Mərkəzi nəzdində Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının açılışı olub, binaya baxış keçirilib.
Tədbir zamanı Kotor Varoş şəhər sakinləri mətbuat nümayəndələrinə müsahibələrində yaşadıqları bölgəyə göstərilmiş diqqət və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.
Tibbi Mərkəzdə diş texniki vəzifəsində çalışan Bilyana Lukiç bildirib ki, bu mərkəzdə işlədiyi yeddi il ərzində ilk dəfə olaraq sağlamlıq mərkəzində belə bir yeni təcili tibbi yardım xidmətinin qurulduğuna şahid olur. O deyib: “Bu mərkəzin açılması Kotor Varoş əhalisi üçün çox şey deməkdir. Yeni mərkəz burada çalışan əməkdaşların işini asanlaşdıracaq. Heydər Əliyev Fondu, həmçinin bizə ən müasir avadanlıqla təchiz edilmiş təcili tibbi yardım maşını bağışlayıb. Əlbəttə ki, bu nəqliyyat vasitəsi hər hansı bir fövqəladə vəziyyətdə bizə çox kömək edəcək. Ümidvaram ki, gələcəkdə əməkdaşlığımızı davam etdirəcəyik”.
Səhiyyə Mərkəzinin direktoru Vladimir Bibiç bu əvəzolunmaz layihə üçün Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürünü çatdıraraq bildirib: “Təcili tibbi yardım xidmətinin yenidən qurulması, bizə bağışlanan son model təcili yardım maşını üçün minnətdaram. Bu yardım layihəsi çərçivəsində müasir avadanlıqla təchiz edilmiş mərkəz inşa edilib. Yeni mərkəzə görə Kotor Varoş əhalisi çox xoşbəxtdir və bu mərkəz şəhərimizdə tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldəcək”.
Tibbi mərkəzdə müalicə alan xəstələrdən Qoran Mitiç fürsətdən istifadə edərək, Azərbaycan hökumətinə yerli sakinlər adından öz təşəkkürünü çatdırıb. O qeyd edib ki, mərkəzə hədiyyə edilən təcili tibbi yardım maşını tezliklə öz yüksək dəyərini göstərəcək və uzaq ərazilərdə yaşayan, tibbi yardıma ehtiyacı olan sakinlərin imdadına çatacaq.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü, Prezident Mladen İvaniç müsahibəsində bildirib ki, dəfələrlə Azərbaycanda səfərdə olub və hər səfərindən böyük məmnunluq hissi ilə geri dönüb. Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi dostluq münasibətlərinə malik olduğunu söyləyən M.İvaniç kiçik Kotor Varoş icmasına dəstək göstərməyi şəxsən xahiş etdiyini bildirib. “Mən çox şadam ki, Heydər Əliyev Fondu bu layihəni öz üzərinə götürüb. Bu layihə burada yaşayan insanlar və bütün icma üçün çox böyük önəm daşıyır, bu regionda müsəlman, katolik və ortodoks əhali sülh şəraitində birgə yaşayır. Bir daha Prezident İlham Əliyevə və Heydər Əliyev Fonduna öz təşəkkürlərimi çatdırıram”, - deyə Mladen İvaniç vurğulayıb.
Rəyasət Heyətinin sədri Azərbaycan xalqı ilə mehriban və dostluq münasibətlərini bir daha vurğulayaraq, gələcəkdə bu kimi layihələrin və sıx əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23

