/ / Elçin Mirzəbəyli: Ermənistan rəsmilərinin Trampın Nyu-Yorkda Paşinyanla görüşməməsinə verdikləri şərh gülüncdür
Elçin Mirzəbəyli: Ermənistan rəsmilərinin Trampın Nyu-Yorkda Paşinyanla görüşməməsinə verdikləri şərh gülüncdür
28.09.2018 [09:15]
Ermənistanın xarici siyasət idarəsi və erməni diasporu uzun müddət idi ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Paşinyanın ABŞ Prezidenti Donald Tramp ilə görüşünün təşkil edilməsinə cəhd göstərirdi. ABŞ-ın kütləvi informasiya vasitələrində, xüsusilə də internet resurslarında Nikol Paşinyanın siyasi obrazına “demokrat” yamağı vurmaqla diqqəti hakimiyyətə, sözün bütün mənalarında, küçədən gələn baş nazirin stilist köməkçisinin yaratdığı personasına diqqət çəkməyə çalışırdılar. Lakin aparılan total təbliğatın da bir nəticəsi olmadı. Bir neçə gün öncə Paşinyanın sözçüləri hətta səfərin təxirə salınacağı barədə də mətbuata açıqlama vermişdilər. Sözünün əvvəli ilə sonu düz gəlməyən Paşinyan və komandası bu dəfə də elan etdiklərinin əksinə hərəkət etdilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
Ekspert qeyd edib ki, Paşinyan böyük ümidlərlə ABŞ-a getdi, amma Donald Tramp daha ciddi məsələlərlə məşğul olduğu üçün Ermənistanın baş nazirinə hətta bir neçə dəqiqəlik vaxt ayırmaq istəmədi. Ermənistan rəsmiləri isə gülünc doğuran şərh verərək görüşün baş tutmamasını həm də Paşinyanın “gərgin iş rejimi” ilə əlaqələndirdilər. Məsələnin ən maraqlı tərəfi də elə burasındadır. Görəsən, Nikol Paşinyan hansı vacib işlərlə məşğul olub ki, onun da Donald Trampla görüşməyə vaxtı olmayıb. Bu adamla BMT Baş Assambleyasının sessiyası çərçivəsində bir kimsə görüşməyib, daha doğrusu, görüşmək istəməyib. Niyə də görüşsünlər axı? Nyu-York kimi ən müxtəlif, çeşidli və fərqli zövqlərə uyğun şou proqramların nümayiş etdirildiyi bir məkanda Paşinyanın əyalət səviyyəli erməni hiyləgərliyindən uzağa getməyən şoumenliyinə kim ehtiyac duya bilər ki?! Görünür, ABŞ Prezidenti də Paşinyanla görüşmək istəməyən digər dövlət və hökumət başçıları kimi zövqünü korlamaq istəməyib. Əgər ABŞ-da ənənəvi Şükran Günü bayramı olsaydı, o zaman bəlkə də Paşinyanın hind toyuqları ilə necə oynadığına tamaşa etmək olardı. Heyvanlarla, quşlarla oynamaq Ermənistanın baş nazirinin bacardığı ən yaxşı işdir. Amma nə etmək olar, Şükran Gününə hələ çox var...
Xəbər lenti
Hamısına baxSiyasət
27 İyul 13:36
Siyasət
27 İyul 13:36
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41

