Tahir Mirkişili: Azərbaycan iqtisadi əhatə dairəsini getdikcə genişləndirir
11.10.2018 [08:32]
Azərbaycanda həyata keçirilən iqtisadi və institutsional islahatlar qısa müddətdə iqtisadi inkişafa və sosial təminata öz müsbət təsirini göstərməyə başlayıb. İqtisadiyyatın bütün sektorlarında dinamik artım müşahidə olunur. Həmçinin iqtisadiyyatın strukturunda böyük keyfiyyət dəyişiklikləri müşahidə olunmaqdadır. Bu da islahatların əsas hədəflərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, dərin təhlillilərə əsaslanan iqtisadi və xarici siyasət nəticəsində Azərbaycan iqtisadi əhatə dairəsini getdikcə genişləndirir və öz iqtisadi maraqlarının Avrasiya regionunda təmin olunması istiqamətində əhəmiyyətli nəticələr əldə edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Tahir Mirkişili deyib.
“Bu il Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmçinin SOCAR Polymer zavodu, Bakı Beynəlxalq Dəniz Ticarəti limanı, Azerspace-2 peyki istifadəyə verildi. Əlbəttə, bu kimi layihələr ölkəmizə böyük həcmdə iqtisadi fayda verməklə yanaşı, Azərbaycanın təsir imkanlarını artırır, ölkəmizin daha da inkişaf etməsində yeni və dayanıqlı mənbələr yaradır”, - deyə deputat vurğulayıb.
Tahir Mirkişili bildirib ki, 2018-ci ilin 9 ayının yekunlarına əsasən iqtisadi artım iqtisadiyyatın demək olar bütün sektorlarını əhatə edir. Belə ki, ÜDM-in 0.8 faiz artımı qeyri neft sənayesinin 10.8 faiz, kənd təsərrüfatı istehsalının isə 4.3 faiz artımı ilə müşahidə olunur. Bu da islahat ilində yaxşı nəticə sayılır. Xarici ticarət dövriyyəsinin 37 faiz, ixracın 37.3 faiz artması Azərbaycan iqtisadiyyatının ənənəvi və qeyri-ənənəvi bazarlarda mövqelərinin möhkəmlənməsindən xəbər verir. Sənaye istehsalında emal sənayesinin payının getdikcə artması ölkədə əlavə dəyər yaradan sahələrin inkişafı ilə nəticələnən keyfiyyət dəyişiklərinin müsbət nəticələrindəndir. Bu ilin 9 ayının nəticəsinə görə əhali tərəfindən istehlak olunan ərzaq, içki və tütün məhsullarının 80 faizinin yerli istehsal hesabına təmin edilməsi iqtisadi təhlükəsizliyimiz üçün çox mühüm nəticədir. Əhalinin gəlirlərinin inflyasiyanı 7 faiz üstələməsi isə insanların rifah halının yaxşılaşmasının göstəricisidir. 2018-ci ilin 9 ayı ərzində 85 000 yeni iş yerinin açılması məşğulluq səviyyəsini daha da artırıb.
T.Mirkişilinin sözlərinə görə, ümumilikdə son 9 ay ərzində Prezident İlham Əliyev tərəfindən aparılan uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan regionda ən etibarlı, şəffaf, sözü və əməli üst-üstə düşən dövlət kimi öz mövqelərini daha da möhkəmləndirib. Məhz bu uğurlu mövqe iqtisadiyyatı daha da dinamik inkişaf etdirməyə, islahatları əhatəli aparmağa imkan verir. Ölkəyə yeni texnologiyaların cəlb edilməsi ilə insan kapitalı inkişaf edir və bütün bunların nəticəsi isə insanların rifah halının yaxşılaşmasında, onların təhlükəsiz yaşamasında öz əksini tapır və tapacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30

