/ / Aslan Aslanov: Ənənəvi media yanlış məlumatlandırma siyasətinə qarşı mübarizəni gücləndirməlidir
Aslan Aslanov: Ənənəvi media yanlış məlumatlandırma siyasətinə qarşı mübarizəni gücləndirməlidir
27.10.2018 [10:55]
Bakı Beynəlxalq Humanitar Forumu aktual məsələlərin, bəşəriyyəti düşündürən problemlərin müzakirə olunduğu qlobal platformadır. Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü olan bu Forum dünyanın görkəmli alimlərinin, tanınmış siyasətçilərin, ictimai xadimlərin, ekspertlərin, iqtisadçıların, jurnalistlərin bir araya gəlib dünyanı narahat edən müxtəlif mövzuları geniş müzakirə etməsi ideyasından qaynaqlanıb və ötən müddətdə özünü tam doğruldub.
AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın prezidenti Aslan Aslanov bu fikirləri jurnalistlərə müsahibəsində deyib. Qeyd edib ki, Forumun əhatə dairəsi davamlı olaraq genişlənir və ona maraq getdikcə artır. Azərbaycan sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib və dünya artıq bunu qəbul edir.
“Biz fəxrlə deyə bilərik ki, məhz Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Bakı Beynəlxalq Humanitar Forumu bu gün bütün qitələrdə, bütün ölkələrdə böyük rəğbətlə qarşılanır. Bu Foruma çox böyük maraq var. Bilirsiniz ki, Forum çərçivəsində müxtəlif mövzularda plenar sessiyalar, eləcə də işçi sessiyalar keçirilir. Bizim bu gün toplaşdığımız işçi sessiyada müasir jurnalistikanı və bütövlükdə dünyamızı narahat edən məsələ - feyk xəbərlərin, yanlış məlumatlandırma siyasətinin dünyada sabitliyə yaratdığı təhdid mövzusu müzakirə olunur”, - deyə AZƏRTAC-ın İdarə Heyətinin sədri bildirib.
Jurnalistikanın ciddi dəyişikliklərə uğradığını vurğulayan Aslan Aslanov deyib ki, ənənəvi media ilə internet jurnalistikası arasındakı rəqabət istər-istəməz yeni çağırışlar, problemlər və təhdidlər ortaya çıxarır. Bu təhdidlərdən biri də sosial şəbəkələrdən yararlanan bir çox qüvvələrin feyk xəbərlərdən, yanlış xəbərlərdən məharətlə istifadə edərək müxtəlif ölkələrə, xalqlara qarşı informasiya müharibəsi aparması, yalan məlumatlar yaymasıdır. Ənənəvi medianın yanlış məlumatlandırma siyasətinə qarşı mübarizəni gücləndirməsinə bu gün daha çox ehtiyac duyulur.
Məqsədli şəkildə yayılan bu dezinformasiyalardan bir çox ölkələrin, xalqların əziyyət çəkdiyini diqqətə çatdıran İdarə Heyətinin sədri deyib: “Azərbaycan da yalan xəbərlərdən çox böyük ziyan çəkən ölkələrdən biridir. Məsələn, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Bizim maddi-mədəniyyət, dini-mənəvi abidələrimizi, qəbiristanlıqlarımızı, yurd yerlərimizi viran qoyub. Lakin onlar Azərbaycan haqqında həyasızcasına yalan, iftira dolu uydurma xəbərlər yaymaqla, dünya ictimaiyyətini çaşdırmaq istəyirlər. Bakı Forumu və bu kimi digər beynəlxalq tədbirlər bədxah qüvvələrin iç üzünü açıb göstərmək baxımından da çox əhəmiyyətlidir.
Bu gün dünyanın bir çox ölkələrindən jurnalistlər, görkəmli media xadimləri Bakıya toplaşıb. Hesab edirəm ki, bizim işçi sessiyanın birinci hissəsi çox maraqlı və qızğın diskussiya şəraitində keçdi. Biz bu qəbildən olan məsələləri bir daha müzakirəyə çıxarıb, demək istəyirik ki, dünya Ermənistanın və ermənipərəst dairələrin yalan informasiya üzərində qurulmuş məkrli siyasətinə aldanmamalıdır. O cümlədən digər xalqlara, ölkələrə istiqamətləndirilmiş təcavüzlər aradan qaldırılmalı, belə qüvvələrin öz niyyətlərinə çatmasına imkan verilməməlidir. Ümidvaram ki, biz dünya birliyinin səyi nəticəsində bu bədnam və məkrli fəaliyyətin qarşısını ala biləcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

