Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir
15.11.2018 [09:42]
Noyabrın 14-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons ilə görüşüb.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sədr qonağı səmimi salamlayaraq bildirib ki, ölkəmizdə idmanın inkişafına böyük diqqət göstərilir. Bu, dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkədə hər bir sahədə olduğu kimi, idmanda da böyük inkişaf var.
Bu gün biz Avropa, Dünya çempionatlarında, Olimpiya və Paralimpiya oyunlarında yüksək nəticələr əldə edirik. Bölgələrimizdə regional Olimpiya mərkəzləri fəaliyyət göstərir. 2008-ci ildə paralimpiyaçılar üçün Xüsusi Olimpiya İdman Mərkəzi yaradılıb, Gəncə şəhərində regional dayaq mərkəzi fəaliyyətə başlayıb. Digər infrastruktur layihələr də həyata keçirilməkdədir. Azərbaycan idmançıları Paralimpiya Oyunlarında fəal iştirak edir, yüksək nəticələr göstərirlər. Bizim Olimpiya komandamız Rioda çox yaxşı nəticələr göstərib, 18 medal qazanıb. Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançıları, ümumilikdə, 29 medal əldə ediblər. Bu, bir daha göstərir ki, Azərbaycan güclü idman ölkəsidir.
Sədr qeyd edib ki, ölkəmizdə keçirilən mühüm beynəlxalq idman yarışları, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları ölkəmizin bu sahədə əməkdaşlıq siyasətinin göstəricisidir. Ölkəmizdə bu il və gələcəkdə də mötəbər idman yarışlarının keçirilməsi nəzərdə tutulub. Azərbaycanda fiziki cəhətdən qüsurlu insanların idmana cəlb edilməsinə və cəmiyyətə inteqrasiyasına xüsusi diqqət yetirilir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söyləyib.
O, Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibəti yüksək dəyərləndirib. Qeyd edilib ki, Azərbaycanda idmançılar üçün yaradılan şərait, fiziki cəhətdən qüsurlu insanların cəmiyyətdə və idmanda özlərini təsdiqləməsi üçün yaradılan imkanlar çox əhəmiyyətlidir. Qonaq ölkəmizdə müxtəlif səviyyəli beynəlxalq yarışların keçirilməsini təqdir edib.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15

