/ / AŞPA-nın komitə iclasında Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində görülən işlərdən danışılıb
AŞPA-nın komitə iclasında Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində görülən işlərdən danışılıb
05.12.2018 [10:02]
Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclası keçirilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iclasda iştirak edib.
AZƏRTAC xəbər verir ki, komitə iclasında S.Fətəliyeva ölkəmizdə Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycan Prezidentinin Fərmanı ilə ölkəmizdə sosial inkişafa dair milli Koordinasiya Şurası yaradılıb. Onun əsas funksiyası müvafiq dövlət orqanlarının Davamlı İnkişaf Məqsədlərinin tətbiqini əlaqələndirmək və qlobal hədəflərə uyğun prioritetləri tərtib etməkdir. Koordinasiya Şurası dövlət proqramlarının Davamlı İnkişaf Məqsədlərindəki sosial, iqtisadi inkişaf və ekoloji sahələri əhatə edən strategiyalara uyğunluğunu təmin etməkdir. Şura cəmiyyətin bütün təbəqələrinin sosial rifahının yüksəldilməsi, yoxsulluğun aradan qaldırılması, bərabərsizlik, eləcə də iqlim dəyişikliyinə qarşı mübarizəyə cəlb edilməsi üçün bütün səylərini səfərbər edir. Qeyd edib ki, müasir dünyada qaçqın və miqrantların durumu davamlı inkişafı təmin edən amillərdəndir. “Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilib, ölkəmizdə bir milyondan çox qaçqın və məcburi köçkün var. Onların sosial vəziyyətlərinin yaxşılaşdırılması bu gün Azərbaycan üçün əsas məsələlərdən biridir. Davamlı İnkişaf Məqsədlərinə daha sürətlə nail olmaq üçün bu gün Azərbaycanda müxtəlif dövlət qurumları ilə birgə “dəyirmi masa”lar, konfranslar təşkil olunur. Eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verilir”, - deyə Milli Məclisin deputatı əlavə edib.
S.Fətəliyeva diqqətə çatdırıb ki, Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün regional tərəfdaşlığın gücləndirilməsinə dair Azərbaycan hökuməti və BMT-nin Bakı ofisinin təşəbbüsü ilə davamlı inkişaf üzrə birinci Bakı Forumu keçirilib. Forumda hökumət rəsmiləri, parlament üzvləri, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətlərinin, eləcə də özəl sektorun təmsilçiləri, alimlər, gənclər daxil olmaqla 30-dan çox ölkədən 200-dən artıq nümayəndə iştirak edib.
Diqqətə çatdırılıb ki, Bakı Forumu müntəzəm olaraq keçiriləcək, siyasətçiləri, işgüzar liderləri və müxtəlif ekspertləri birləşdirəcək.
Milli Məclisin deputatı VI Bakı Beynəlxalq Humanitar Forumu haqqında da məlumat verərək, onun panellərindən birinin davamlı inkişafa həsr olunduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

