Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
24.01.2019 [09:51]
Bu gün kütləvi informasiya vasitələrinin münasibətlərin, maraqların və siyasi mövqenin formalaşmasındakı rolu böyükdür. Son onilliklər ərzində internet texnologiyaları insan fəaliyyətinin bütün sferalarına nüfuz edib. Siyasi proseslər də bu təsirdən yan keçməyib. İnternet bütün proses iştirakçılarına informasiyanı təkcə istehlak etməyə deyil, həm də onu özlərinin yaratmasına imkan verir. Ənənəvi media daha çox insanların siyasi fəaliyyətinə yönəldiyi halda, sosial media insanların siyasətdən kənar şəxsi keyfiyyətlərini də işıqlandırır ki, bu da müsbət və ya mənfi imic yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın qış sessiyasında “Kütləvi informasiya vasitələri dezinformasiya və təbliğat kontekstində” və “Media azadlığı demokratik seçkilərin şərti kimi” mövzuları ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib.
Deputat bildirib ki, siyasi təşkilatlar üçün sosial şəbəkələrdən istifadənin böyük üstünlüyü informasiyanın istifadəçilərə birinci şəxsdən, düzgün formada çatdırılmasıdır. Milyonlarla insan heç bir mövzuda senzuraya məruz qalmadan fikirlərini sərbəst ifadə edə bilir. Sosial media elə bir yeni reallıq yaradıb ki, burada o, ənənəvi mediadan daha sürətlidir. İstehsalı heç bir xərc tələb etməyən saxta xəbərlər dərhal yayılır və məşhurlaşır. Heç kim nəyin doğru, nəyin yalan olmasını araşdırmaqda maraqlı deyil.
S.Fətəliyeva qeyd edib ki, bu informasiya müharibəsində yəqin ki, “Facebook” və “Twitter” qalib gələcək, çünki investorlar ənənəvi mediadan çox yeni platformalara yatırım etməkdə maraqlıdırlar. Bu səbəbdən də hər bir kütləvi informasiya vasitəsi media azadlığından yararlanmaqla yanaşı, yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır. Mediada və internet resurslarında etibarlı məlumat pərdəsi altında saxta informasiyanın və cəmiyyətə, dövlətə hörmətsizlik ifadə edən təhqiramiz materialların yayılmasına görə məsuliyyətə cəlb edən qanunların işlənib hazırlanmasına böyük zərurət var.
Azərbaycanlı deputat medianın seçkilər zamanı roluna da toxunub, onun müsbət və mənfi məqamlarını diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50

