/ / Cavanşir Paşazadə: Azərbaycan dövlətinin, şəxsən cənab Prezidentin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz tərəfindən yüksək dəyərləndirilir
Cavanşir Paşazadə: Azərbaycan dövlətinin, şəxsən cənab Prezidentin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz tərəfindən yüksək dəyərləndirilir
30.01.2019 [10:07]
“Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşü böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
C.Paşazadə bildirib ki, bu görüş mənəvi cəhətdən böyük önəm kəsb edir. Onun sözlərinə görə, görüşdə dövlətimizin başçısı şəhidlərin əziz xatirəsinə ehtiramını ifadə etdi, şəhid ailələrinin bundan sonra da qayğı ilə əhatə olunacağını söylədi. Cənab Prezident qeyd etdi ki, bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir. “Dövlətimizin başçısı vaxtilə müavinət almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni Fərman imzaladığını söylədi. Hesab edirəm ki, bu, çox böyük humanist addımdır və şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının daha bir ifadəsidir”, - deyən millət vəkili qeyd edib ki, indiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur.
“Şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biridir. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir. Yanvarın 28-də dövlət başçısının bu Fərmana dəyişikliklər edilməsi ilə bağlı Fərman imzalaması ilə birdəfəlik yardım alanların sayı daha da artacaq. Bütövlükdə, Azərbaycan dövlətinin, şəxsən cənab Prezidentin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz tərəfindən yüksək dəyərləndirilir”, - deyə C.Paşazadə vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

