/ / Əli Həsənov: Azərbaycanda söz azadlığının vəziyyəti Fransadan, Almaniyadan, İtaliyadan pis deyil
Əli Həsənov: Azərbaycanda söz azadlığının vəziyyəti Fransadan, Almaniyadan, İtaliyadan pis deyil
17.11.2009 [09:51]
Əli Həsənov deyib ki, parlament və prezident seçkiləri ilə müqayisədə bələdiyyə seçkilərinə maraq az olur. Bu, ilk növbədə ondan irəli gəlir ki, Azərbaycanda hələ bələdiyyə institutu ictimai-siyasi, iqtisadi, ümumiyyətlə, ölkə həyatının tam bərabərhüquqlu üzvünə yeni-yeni çevrilir. Şöbə müdiri bildirib ki, dünya ölkələrində bələdiyyələrin yaşı, təcrübəsi 50-100 illərlə ölçülür, Azərbaycanda bələdiyyələr isə hələ çox çalışmalıdır: “Onlar gərəkli bir orqan olduqlarını sübut etməlidirlər ki, insanlar öz həyatlarını bələdiyyəsiz təsəvvür etməsinlər. Ona görə də açıq deyək ki, bələdiyyə seçkilərinə maraq digər seçkilərdən azdır. Buna baxmayaraq, demək lazımdır ki, bələdiyyə seçkiləri kütləviliyinə görə seçilir. Bələdiyyə seçkilərində namizədlərin sayı 50 minlərlə olur. Kütləviliyi nəzər alsaq, istər seçici, istərsə də namizəd baxımından heç bir Azərbaycan vətəndaşı bu prosesdə kənarda qalmır. Lakin bələdiyyə seçkilərinə marağı artırmaq üçün hələ çox çalışmalıyıq”.
Əli Həsənov gənc bloqqerlərlə bağlı məhkəmə qərarına münasibət bildirərkən deyib ki, Azərbaycan cəmiyyəti sözün həqiqi mənasında o səviyyəyə gəlib çatıb ki, burada bir hakimiyyətin digərinin səlahiyyətinə qarışması, müdaxilə etməsi yolverilməzdir. Azərbaycan Avropa hüquq məkanına daxil olmuş dövlətdir və Azərbaycan məhkəmələrini qərarları ilə razılaşmayan vətəndaşlar İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edə bilər. İcra hakimiyyəti orqanlarının məhkəmələrin işinə qarışmaq səlahiyyətində olmadığını bildirən Ə.Həsənovun sözlərinə görə, beynəlxalq təşkilatların bu məsələ ətrafında həyata keçirdiyi müxtəlif etiraz aksiyaları, Azərbaycanın daxili və xaricində bu məsələnin müzakirəyə çıxarılmasında müəyyən qədər qərəz var: “Azərbaycanda hər il xuliqanlıq maddəsi üzrə onlarla, yüzlərlə bu tipli məhkəmə hökmləri çıxarılır. Nəyə görə onların heç birinə reaksiya verilmədiyi halda, məhz bu iki gəncin həbsinə belə münasibət bildirilir? Əlbəttə, onlar deyə bilər ki, bu iki gənc bloggerdir, onlar daha çox intellektlidir, Qərbə daha çox yaxındır. Amma Azərbaycan Qanunvericiliyində və Azərbaycan Cinayət Məcəlləsində belə təsnifat yoxdur ki, kim daha çox intellektlidir ona daha az iş verilsin, kim daha çox Qərbə və yaxud hansısa ölkəyə yaxındır ona az iş verilsin”.
Əli Həsənov ölkəmizdə söz azadlığının hazırkı durumuna münasibət bildirərkən deyib ki, Azərbaycanda söz azadlığının vəziyyəti Fransadan, Almaniyadan, İtaliyadan pis deyil. Şöbə müdirinin sözlərinə görə, Azərbaycanda söz azadlığının vəziyyəti 1998-ci ildə media üzərindən dövlət senzurası götürüləndən bəri normaldır: “Bəlkə də, bu, bəzi insanları, bəzi beynəlxalq təşkilatları da qane etmir. Amma əmin edirəm ki, bu gün Azərbaycanda istənilən dövlət qərarını, istənilən məmurun əməlini, fəaliyyətini təhlil etmək, ona qiymət vermək, onun fəaliyyəti ilə bağlı məlumat toplayıb cəmiyyətə təqdim etmək imkanı baxımından Azərbaycan mediası bəzi Avropa dövlətlərindən geridə deyil. O yerdə ki, istənilən jurnalist istənilən dövlət qulluqçusunu, dövləti, onun hansısa qurumunu, büdcə və yaxud digər fəaliyyətini sərbəst şəkildə müzakirəyə çıxarıb onunla bağlı azad mülahizə söyləyə bilirsə, belə olan halda “söz azadlığının vəziyyəti pisdir” demək ədalətsizlikdir”.
Xəbər lenti
Hamısına baxMədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03

