/ / Amerika Analitik Mərkəzi Prezident Əliyevin yüzlərlə məhkumun əfv edilməsi haqqında Sərəncamını alqışlayır
Amerika Analitik Mərkəzi Prezident Əliyevin yüzlərlə məhkumun əfv edilməsi haqqında Sərəncamını alqışlayır
20.03.2019 [10:48]
Vaşinqtondakı Analitik Mərkəz Novruz bayramı münasibətilə bəzi məhkumların əfv edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əlaqədar bəyanat verib. Bəyanatda deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev 431 nəfər məhkumun əfv edilməsi barədə martın 16-da imzaladığı Sərəncam son aylarda Azərbaycanda başlanmış siyasi və iqtisadi islahatlar prosesinin daha bir müsbət əlaməti kimi, həm yerli, həm də beynəlxalq birlik tərəfindən müsbət qarşılanıb.
Xəzər Siyasi Mərkəzinin Direktorlar Şurasının üzvü səfir Riçard Houqland Azərbaycan Prezidentinin bu Sərəncamını şərh edərək bildirib ki, postsovet dövlətlərində həyata keçirilən mühüm islahatlar çox vaxt dünyada daha maraqlı sensasiyalı xəbərlər fonunda diqqətdən kənarda qalır. Keçmiş diplomat 431 nəfər məhkumun əfv edilməsini alqışlayaraq vurğulayıb: “Mən qəti əminəm ki, biz Azərbaycanı bu islahatlar yoluna qədəm qoyması münasibətilə təbrik etməliyik. Bu xəbərləri gerçəklik kimi qəbul etmək lazımdır. Bu cəsarətli addım Azərbaycanın demokratik dünya birliyinə daha inamla daxil olmasına imkan verəcək, o, dünya arenasında öz qanuni yerini tutacaq”.
Bəyanatda daha sonra deyilir ki, Azərbaycan rəhbərliyinin bu qərarı ölkədə işgüzar mühitin yaxşılaşdırılmasına və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş geniş spektrli iqtisadi və siyasi islahatların tərkib hissəsidir. Dünya Bankı və digər beynəlxalq təşkilatlar bu islahatları bəyənirlər. Biznes fəaliyyətinin rahatlığı göstəricisinə görə Dünya Bankının reytinqində Azərbaycan dünyada 25-ci yerə çıxıb.
Sənədin sonunda qeyd edildiyi kimi, tamamilə aşkardır ki, Azərbaycan rəhbərliyi son bir neçə ayda başladığı islahatlar xəttini davam etdirmək əzmindədir, ona görə də beynəlxalq birlik bu ölkənin seçdiyi yolu fəal dəstəkləməli və təşviq etməlidir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

