Beynəlxalq birliyin dialoq məkanı kimi Azərbaycanı seçməsi təsadüfi deyil
03.05.2019 [10:10]
Bu gün Azərbaycan dünya miqyasında beynəlxalq dialoq məkanı, sabitləşdirici, sülhsevər ölkə kimi tanınır. Təbii ki, belə müsbət imicin formalaşması uzun illər ərzində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin gərgin səylərin nəticəsində mümkün olub. Ölkəmiz artıq neçə illərdir ki, beynəlxalq tədbirlərə ev sahibliyi edir, dünyanın bir çox dövlətindən nüfuzlu siyasi, ictimai və dövlət xadimləri bu tədbirlərdə iştirak etmək üçün Azərbaycana gəlir, ölkəmizin sürətli inkişafını, həqiqətləri, reallıqları öz gözləri ilə görürlər. Mayın 2-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında öz işinə başlayan V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Forumda 100-dən çox ölkənin, 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmi şəxsləri iştirak edirlər. Bu göstərici bir daha Azərbaycanın beynəlxalq dialoq məkanı kimi çəkisini daha da artırır, nüfuzunu yüksəldir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə paytaxt Bakıda təşkil olunan bu beynəlxalq tədbirlər regionumuza və dünyaya sabitlik, sülh, əmin-amanlıq vəd edir. 2008-ci ildən start götürən “Bakı Prosesi” bu illər ərzində müxtəlif qitələri təmsil edən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsi öz ətrafına toplamağı bacarıb. İldən-ilə coğrafiyası genişlənən bu dəfəki Forumda Böyük Britaniya, Səudiyyə Ərəbistanı, hətta Okeanın o tayından ölkələrin təmsilçiləri iştirak edirlər. Hesab edirəm ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun builki şüarından da göründüyü kimi, ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişələrə qarşı fəaliyyət naminə dialoq qurmaq baxımından faydalı olacaq.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu kimi beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi təsadüfi xarakter daşımır: “Dövlətimizin başçısının təşəbbüsü ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilib. Multikulturalizm ölkəmizdə dövlət siyasətinin əsas tərkib hissəsidir. Bu, tarixən də belə olub. Yüzilliklər boyu müxtəlif dinlərə, mədəniyyətlərə mənsub insanlar Azərbaycan ərazisində mehriban, sülh və təhlükəsizlik şəraitində yaşayıblar. Ona görə də beynəlxalq birliyin dialoq məkanı kimi Azərbaycanı seçməsi təsadüfi deyil. Hesab edirəm ki, bu Forum da kifayət qədər ciddi müzakirə mövzuları ilə zəngin və məhsuldar olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

