Ermənistanda baş verənlər işğalçı dövlətdə xaos və qarşıdurma yaradır
22.05.2019 [09:41]
Son hadisələr sübut etdi ki, işsizlikdən və aclıqdan əziyyət çəkən erməni əhalisi artıq Paşinyana inanmır
2008-ci il 1 mart hadisələri ilə bağlı bu günlərdə Yerevanda keçirilən məhkəmə iclasında sensasion hadisə baş verib. Belə ki, əsas müttəhimlərdən biri olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi işğalçı dövlətdə vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Baş verən hadisədən pərt olan Ermənistanın baş naziri Nikol Paşinyan isə sosial şəbəkələrə çıxaraq əhalini məhkəmələrin binalarını mühasirəyə almağa çağırıb. N.Paşinyanın planı baş tutub, bir qrup dəstəkçisi konstitusiya məhkəməsi başda olmaqla, paytaxt Yerevandakı məhkəmə binalarının qarşısına gəlib. Lakin N.Paşinyanın bu addımı heç də birmənalı qarşılanmayıb, üstəlik baş verən hadisələr bir çox mətləbləri ortaya çıxarıb.
Məlumat üçün qeyd edək ki, Dağlıq Qarabağdan gələn Bako Sahakyan və sələfi Arkadi Qukasyan şəxsən məhkəmədə iştirak edib və R.Koçaryanın azadlıqda mühakimə olunması üçün məhkəməyə vəsatət təqdim ediblər. Şəxsi zaminlik üçün onların hər biri 500 min (1000 ABŞ dolları) erməni dramı ödəyiblər. Hakim isə bu vəsatəti təmin edərək R.Koçaryanı azadlığa buraxıb. Bu gözlənilməz hadisə, birincisi, sübut etdi ki, N.Paşinyanın keçmiş hərbi xunta rejiminin liderlərini cəzalandırmaq cəhdi baş tutmayacaq, ikincisi, bu forpost ölkədə hər hansı bir qüvvə istənilən an hadisələrin məcrasını dəyişə bilər.
Digər tərəfdən, özünü “demokrat” kimi göstərən N.Paşinyanın xalqı məhkəmələrə təzyiq göstərməyə çağırması təkcə daxildə deyil, Avropada, o cümlədən Avropa Şurasının Parlament Assambleyası tərəfindən ciddi tənqid edilib. Belə ki, AŞPA-nın Ermənistan üzrə həmməruzəçiləri Yuliya Levoçkina və Andrey Şirel məhkəmə hakimiyyətinin müstəqilliyinin qanunun aliliyinin əsas şərti olduğunu N.Paşinyanın diqqətinə çatdırıblar.
Bununla yanaşı, Ermənistanda məhkəmələrin qarşısına gözləniləndən qat-qat az adamın çıxması Nikol Paşinyan üçün daha bir zərbə olub. Ermənistan mətbuatının məlumatına görə, baş nazirin məhkəmələrin fəaliyyətinə maneə törətmək çağırışına yalnız 1100 nəfər cavab verib. Bu isə N.Paşinyanın nüfuzdan düşdüyünə dəlalət edir. Düzdür, N.Paşinyan bu pərtliyi ört-basdır etmək üçün guya hədəfə nail olduqlarını bəyan edərək, sonradan aksiyanı dayandırmağa çağırıb.
Nəticədə məlum olub ki, aclıqdan və işsizlikdən əziyyət çəkən erməni cəmiyyəti N.Paşinyanın səriştəsizliyindən məyus olub. Ona görə ki, işsizlik yüksək səviyyədə olan Ermənistanda, ilk növbədə, əhali həyat səviyyəsini yüksəltmək, gəlirlərini artırmaq, yeni iş yerlərinin açılmasına dəstək istəyir. Bütün bunlar baş vermədiyi üçün sadə ermənilər artıq Paşinyandan heç nə gözləmirlər, son hadisələr də əhalinin baş nazirə və onun komandasına açıq mesaj verməsinin göstəricisidir.
Sonda qeyd edək ki, bəzi ekspertlər Dağlıq Qarabağdan gələnlərin səbəb olduğu qalmaqallı hadisənin Qarabağ erməniləri ilə Ermənistandakı ermənilər arasında qarşıdurmanı dərinləşdirəcəyini istisna etmirlər. Mütəxəssislərin qənaətinə görə, Qarabağ ermənilərinin rəsmi Yerevana qarşı müqavimət göstərməsi və açıq şəkildə R.Koçaryanı dəstəkləməsi, üstəlik onun həbsdən çıxarılması cavabsız qalmayacaq. Beləliklə, öz gərginliyini qoruyan Yerevandakı vəziyyət Ermənistanda, eləcə də işğal olunmuş Azərbaycan ərazilərində qarşıdurma və xaos vəd edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

