Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub
22.05.2019 [09:52]
Mayın 21-də Azərbaycan Respublikası medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adının və Azərbaycan Respublikası Prezidentinin mükafatının təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları təbrik edərək deyib: “Bu gün Azərbaycanda möhkəm dövlətçilik vardır. Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələri ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bunun da nəticəsində ölkəmizdə sabitlik, inkişaf və tərəqqi vardır. Ölkəmizdə müxtəlif sahələrdə çalışan vətənpərvər insanlar isə öz əməkləri ilə dövlətçiliyimizin möhkəmlənməsinə töhfə verirlər”.
Ali Məclisin Sədri deyib: “Dövlət və xalq qarşısında xidməti olanlar o yerdə təltif olunurlar ki, həmin ölkədə dövlətçilik ənənələri, sabitlik və inkişaf olsun. Bu gün xidmətlərində və fəaliyyətlərində fərqlənənlərin təltif olunması da ölkəmizdə dövlətçilik ənənələrinin inkişaf etdiyini göstərir. İnsan əməyinə qiymət verilərkən o daha da məhsuldar olur. Təltif olunanlar da çalışdıqları sahələrdə nümunə göstərən, öz xidmətləri ilə fərqlənən insanlardır”.
“Hər kəs çalışdığı sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, dövlətçiliyimizin möhkəmlənməsinə töhfə verməlidir. Çünki dövlətçiliyin möhkəmlənməsi ölkənin davamlı inkişafı və sabitliyi deməkdir”, - deyən Ali Məclisin Sədri təltif olunanlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri medalları, Naxçıvan Muxtar Respublikasının fəxri adını, eləcə də Azərbaycan Respublikası Prezidentinin mükafatını təqdim edib.
Təltif olunanlardan Vüsal Əliyev, Füzuli Kazımov, Tahir Mirzəliyev, Rəşad Əliyev və Səbuhi Məmmədov əməklərinə verilən yüksək qiymətə görə çalışdıqları kollektivlər adından minnətdarlıq ediblər. Qeyd olunub ki, bundan sonra da Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sadiq qalacaq, səmərəli fəaliyyət göstərərək ölkəmizin inkişafına töhfə verəcəklər.
Prezident mükafatçılarından Natiq Məmmədov, Əbülfəz Məmmədov, Zülfiqar Mahmudov, Zeynalabdın Babayev, Tamerlan Bağırov, Səyyad Məmmədov və Gülnarə Hüseynova minnətdarlıq edərək deyiblər ki, Naxçıvan Muxtar Respublikasında digər sahələrlə yanaşı, mədəniyyətin, incəsənətin inkişafına da xüsusi diqqət yetirilir. Milli dəyərlərimiz qorunur, muğam sənətimiz, milli musiqimiz və rəqslərimiz yaşadılır. Bu sahələrdə çalışanların təltif olunması da göstərilən diqqətin daha bir ifadəsidir.
Ali Məclisin Sədri qarşıdan dövlətçiliyimizin təməlinin qoyulduğu və elan edildiyi 28 May Respublika Gününün gəldiyini bildirib, bu münasibətlə təltif olunanları və onların timsalında muxtar respublika əhalisini təbrik edib.
Xəbər lenti
Hamısına baxDünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46

