Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qəbələdə Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib

Qəbələdə Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib

13.06.2019 [09:48]

İyunun 12-də Qəbələ şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar ilə görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin gündən-günə inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.
Türkiyəli nazir də öz növbəsində, Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin genişlənməsində bu cür görüşlərin vacibliyindən danışıb.
Görüşdə regional və qarşılıqlı əməkdaşlığa dair digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 664 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31