Bakıda regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransı keçirilib
13.06.2019 [09:52]
İyunun 12-də Bakıda regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Milli Məclisinin təşkilatçılığı ilə reallaşıb.
Konfransın keçirilməsində məqsəd regional təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yollarını, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi, nəqliyyat və enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək, həmçinin Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasını yaratmaqdır.
Tədbirdə çıxış edən ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, mövcud çağırışların birgə həlli, regionda sülh və təhlükəsizliyin bərqərar olması naminə beynəlxalq təşkilatların, regional və qlobal güclərin əməkdaşlıq və dialoq imkanlarının genişləndirilməsinə, bu istiqamətdə yeni yanaşmalara və təşəbbüslərə ciddi ehtiyac var. Bu baxımdan ATƏT PA-nın iştirakı ilə Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransının Bakıda keçirilməsinin, Almaniya, Türkiyə və Azərbaycandan olan parlamentarilərin ilk dəfə olaraq belə formatda bir araya gələrək regionu narahat edən məsələləri müzakirə etməyə başlamasının çox böyük əhəmiyyəti və siyasi perspektivi var.
ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli çıxış edərək konfransın əhəmiyyətindən danışıb. O bildirib ki, ATƏT üzv dövlətlər arasında əlaqələrin inkişafını təşviq edir. Münaqişələrin həlli, problemlərin aradan qaldırılması üçün dialoq ən optimal yoldur. Georgi Tsereteli inandığını bildirib ki, bu gün aparılacaq müzakirələr qarşılıqlı dialoqun daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcək.
Milli Məclisin sədr müavini Bahar Muradova həssas məqamlarla zəngin müasir dövrdə Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsinin qürurverici olduğunu deyib. Bahar Muradova belə bir platformanın yaradılmasının beynəlxalq hüququn prinsiplərinə tam uyğun olduğunu bildirib. Qeyd edib ki, müasir dövrdə davamlı sülh münasibətlərinin qurulmasına ciddi ehtiyac var. Bakı Parlament Platforması gələcəkdə öz ətrafında daha çox tərəfdaş toplaya və münaqişələrin həllində böyük rol oynaya bilər. Bu platformanın əsas hədəflərindən biri də əməkdaşlığı inkişaf etdirmək olacaq. Bu platforma vasitəsilə gücümüzü və səylərimizi birləşdirərək beynəlxalq miqyasda da münaqişələrin həllinə öz töhfəmizi verə bilərik.
Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermann da yeni platformanın regional və beynəlxalq münaqişələrin həllində mühüm rol oynayacağına inandığını bildirib. O, yeni platformanın Azərbaycanın münaqişələrin həlli işinə növbəti töhfəsi olduğunu deyib. Azərbaycan ilə Almaniya arasında sıx münasibətlərin olduğunu deyən T.Oppermann bu əlaqələrin daha da intensivləşdiyini deyib.
Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiç belə bir platformanın yaradılmasının bir çox baxımdan böyük əhəmiyyətə malik olduğunu deyib. O, əmin olduğunu bildirib ki, platforma çərçivəsində aparılacaq müzakirələr münaqişələrin həllinə böyük töhfə verəcək. Süreyya Sadi Bilgiç belə bir təşəbbüsün Azərbaycan tərəfindən irəli sürülməsinin Türkiyə üçün də qürurverici olduğunu deyib.
Regionda sabitliyə təhdid olan və 30 ilə yaxındır ki, davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan vitse-spiker Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bir daha xatırladıb.
Tədbir çərçivəsində “Siyasi dialoqun, regional əməkdaşlığın və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş mexanizmlərin genişləndirilməsi üçün yeni imkanlar” mövzusunda panel iclas da keçirilib.
Panel müzakirələrdə çıxış edən Milli Məclisin deputatı Sahibə Qafarova Azərbaycanın dünyada sülh və təhlükəsizlik təşəbbüslərinə daim dəstək verdiyini deyib. Qeyd edib ki, Azərbaycanın işğalçı Ermənistan dövləti istisna olmaqla bütün region ölkələri ilə sıx əlaqələri var. Qonşu dövlətlərlə reallaşdırılan böyük iqtisadi layihələr bu münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətli rol oynayır.
Almaniya Bundestaqının deputatı Edqar Franke Azərbaycandakı iqtisadi inkişafın və sabitliyin yüksək olduğunu deyib. Azərbaycan insan hüquqları sahəsində böyük uğurlara imza atıb. Azərbaycan Almaniyanın ən vacib tərəfdaşlarındandır. İnanırıq ki, ölkələrimiz arasında əlaqələr bundan sonra qarşılıqlı etimad xətti üzrə inkişaf edəcək.
Türkiyə Böyük Millət Məclisinin deputatı Mustafa Hilmi Dülger deyib ki, insanların rifahının yaxşılaşdırılması beynəlxalq əməkdaşlığı gücləndirmədən mümkün deyil. Regional səviyyədə sağlam münasibətlər olmadan iqtisadi əlaqələr çox çətindir. Bu baxımdan bu gün yaradılan platforma böyük əhəmiyyətə malikdir.
Sonda konfrans iştirakçıları birgə foto çəkdiriblər.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10

