/ / Birinci vitse-prezident Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub
Birinci vitse-prezident Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub
21.06.2019 [09:55]
İyunun 20-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olublar.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində uşaqlarla görüşüb, onların yaşayış şəraiti, uşaqlara göstərilən sosial və reabilitasiyayönümlü xidmətlərlə tanış olublar.
Mehriban Əliyeva və Leyla Əliyeva müəssisədəki uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.
Sağlamlıq imkanları məhdud uşaqların funksional çatışmazlıqlarının aradan qaldırılması, onların bacarıqlarının inkişaf etdirilməsi üçün aparılan reabilitasiya işlərindən biri də onların yaradıcılıq potensiallarının inkişafıdır. Uşaqlar muncuqlarla, plastilinlə müxtəlif əl işləri hazırlayır, rəsmlər çəkir, konstruktor oyunları ilə məşğul olurlar. Müəssisənin sakinləri özlərinin hazırladıqları əl işlərini Mehriban Əliyevaya və Leyla Əliyevaya hədiyyə ediblər.
Qeyd edək ki, bu müəssisə 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulub. Hazırda burada 5-18 yaş arasında 170-dək uşaq yaşayır. Onlar əsasən uşaq serebral iflici, autizm, daun sindromu, fiziki və əqli inkişafdan geriqalma, mərkəzi sinir sisteminin zədələnməsi - ense-folo-patiya, parez kimi xəstəliklərdən əziyyət çəkirlər.
Birinci vitse-prezident sosial xidmət müəssisəsinin sakinlərinin əhvalı ilə maraqlanıb, onların müalicəsinin müsbət nəticələr verdiyinin şahidi olub. Belə ki, müəssisənin sakinlərindən biri - Xəyalə Hüseynova Mehriban Əliyeva ilə söhbət zamanı Azərbaycan və ingilis dillərində “əlillik qüsur deyil və yaşamaq, yaratmaq üçün məhdudiyyət ola bilməz” dedi. Azərbaycanın Birinci vitse-prezidenti uşaqların arzularını dinləyib, yenidən onların yanına qonaq gələcəyini bildirib, onlara uğurlar arzulayıb. Mehriban Əliyeva uşaqlarla birlikdə kitab oxuyub, nəşrdəki şəkilləri müzakirə edib. Uşaqlar Mehriban Əliyevaya və Leyla Əliyevaya öz bacarıqlarını nümayiş etdiriblər. Onlar Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin “Nəsimi İli” elan olunduğunu bildirərək, şairin şerlərini səsləndiriblər, mahnılar, rəqslər ifa ediblər.
Sağlamlıq imkanları məhdud uşaqlara dövlət qayğısı ildən-ilə artır. Dövlətimizin başçısının 2019-cu il 15 aprel tarixli Fərmanı ilə həmin uşaqlar üçün aylıq sosial müavinətin məbləği əhəmiyyətli şəkildə artırılmaqla, onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü də təsis olunub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi nəticəsində Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi istifadəyə verilib. Bu müəssisədə uşaqlar üçün müasir tələblər səviyyəsində, nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.
Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində 12 reabilitasiya otağı fəaliyyət göstərir və onlarda müasir dövrdə prioritet olan yeni reabilitasiya metodları - aktiv terapiya, oyun, ünsiyyət, musiqi, rəqs və digər terapiya növləri və hər bir uşaqla fərdi inkişaf planı əsasında işlər aparılır.
Sonda müəssisəyə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

