/ / Lüksemburqda ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclasında Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında qızğın debatlar gedir
Lüksemburqda ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclasında Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında qızğın debatlar gedir
06.07.2019 [10:13]
Lüksemburqda ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclası davam edir. İrlandiyalı deputat Alan Farrellin “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusunda məruzəsində dondurulmuş münaqişələr məsələsinə toxunulub. Gözlənildiyi kimi, bu məruzədən sonra təklif olunmuş yekun qətnaməyə düzəlişlər barəsində kəskin debatlar başlanıb.
AZƏRTAC xəbər verir ki, çıxış üçün söz alan Ermənistan deputatı Hayk Koncoryan yenə “köhnə valı” işə salaraq dedi ki, ayrıca götürülmüş hər bir münaqişənin özünəməxsus cəhətləri var, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi guya “insan haqları” sahəsinə aiddir. Koncoryan iclas iştirakçılarını daha da çaşdırmağa, onları “heyrətləndirməyə” çalışaraq bəyan edib ki, Azərbaycan özü ATƏT-ə daxil olarkən xalqların təyini-müqəddərat hüququnu tanıyıb. Lakin bu halda Koncoryan bir məsələni dəqiqləşdirməyi unutdu ki, Bakı bunu heç vaxt gizlətməyib: bəli, Azərbaycan xalqların təyini-müqəddərat hüququnu tanıyır və həmişə tanıyıb, amma Azərbaycan beynəlxalq hüququn bu prinsipini erməni “nəzəriyyəçilərin” yozmağa çalışdığı kimi təhrif olunmuş interpretasiyada deyil, 1975-ci il Helsinki Yekun Aktında təsbit olunduğu kimi tanıyır.
Erməni nümayəndədən sonra çıxış üçün söz almış ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev məruzəçinin bir faktı etiraf etməsinə görə ona təşəkkürünü bildirdi ki, bütün ATƏT məkanındakı dondurulmuş münaqişələrin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi rayonun işğal edilməsi ilə əlaqədar münaqişənin nizamlanması regionda davamlı sabitliyin, təhlükəsizliyin və sülhün zəruri şərtidir. O, məruzəçinin bu mövqeyini dəstəklədiyini bildirib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və ATƏT PA-nın bəyannamələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hüquqi baza yaradır. Quliyev, eyni zamanda, Komitə üzvlərini qətnamə layihəsinin ilkin variantını dəstəkləməyə və Ermənistan nümayəndə heyətinin təklif etdiyi düzəlişi rədd etməyə çağırdı. Deputat bu çağırışını əsaslandırmaq üçün ATƏT-in 1992-ci il tarixli qərarına istinad etdi. Həmin sənəddə bu münaqişə məhz “Azərbaycanın Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişə” adlandırılıb. A.Quliyev xatırlatdı ki, 1992-ci ilin mayından etibarən bu münaqişə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə tammiqyaslı müdaxiləsinə və nəinki Dağlıq Qarabağ regionunun özünün, həm də ona bitişik yeddi rayonun işğalına çevrilib və hər rayonun işğalından sonra BMT Təhlükəsizlik Şurası bir-birinin ardınca qətnamələr qəbul edib, lakin Yerevan bu qətnamələrin heç birinə məhəl qoymayıb. Azərbaycanlı siyasətçi dedi: “Beləliklə, həmin qətnamələrdən sonra biz Ermənistan tərəfindən bu regionun hüdudlarından kənarda işğal edilmiş əraziləri də nəzərə alaraq, həmin münaqişəni yalnız “Dağlıq Qarabağ münaqişəsi” adlandıra bilmərik”.
A.Quliyev çıxışının sonunda xatırlatdı ki, beynəlxalq birlik Dağlıq Qarabağ regionunu və ona bitişik yeddi rayonu Azərbaycanın tərkib hissəsi kimi tanıyır, qeyri-qanuni işğal isə suverenliyin və yurisdiksiyanın dəyişməsinə səbəb olmur.
Deputat Ani Samsonyan özünün dolaşıq və rabitəsiz çıxışında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin relevantlığını şübhə altına almağa çalışdı və nədənsə belə “qərara aldı” ki, beynəlxalq birlik işğal edilmiş Dağlıq Qarabağdakı oyuncaq rejimi guya “münaqişənin bərabərhüquqlu tərəfi” kimi tanıyıb.
Deputat Tahir Mirkişili erməni həmkarının çıxışına cavab olaraq xatırlatdı ki, insan haqları, ilk növbədə, iki icmadan ibarət Dağlıq Qarabağ regionunun sakinlərinə aiddir. Bu sakinlərin bir qismi etnik prinsipə görə öz doğma yurdlarından qovulması səbəbindən kənarda yaşamağa məcbur olub. T.Mirkişili Komitə üzvlərini qətnamə layihəsini ilkin formada dəstəkləməyə çağırdı.
Debatların sonunda çıxış edən Mariya Karapetyan da öz həmvətənləri kimi, Ermənistan-Azərbaycan münaqişəsini digər dondurulmuş münaqişələrdən fərqləndirməyə və onu hansısa “unikal” keys hesab etməyə çağırdı və həmkarlarından Ermənistanın təklif etdiyi düzəlişi dəstəkləmələrini xahiş etdi.
Komitənin iclası sabah öz işini davam etdirəcək və debatlar da davam edəcək.
Xəbər lenti
Hamısına baxİdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46

