/ / Hikmət Babaoğlu: Azərbaycan polisi hər şeydən öncə dövlət atributlarımızı uniformasında daşıyan asayiş keşikçisidir
Hikmət Babaoğlu: Azərbaycan polisi hər şeydən öncə dövlət atributlarımızı uniformasında daşıyan asayiş keşikçisidir
15.08.2019 [09:45]
“Azərbaycan polisi hər şeydən öncə dövlət atributlarımızı uniformasında daşıyan asayiş keşikçisidir. Onlar öz işlərinin öhdəsindən layiqincə gəlməyi bacaran professionallardır”. Bunu “hafta.az”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, son dövrlərdə polis sistemində aparılan islahatlar çərçivəsində həm də şəxsi heyətin boy və fiziki göstəricilərinə xüsusi diqqətin verilməsi onları nümunəvi mühafizə xidmətçiləri kimi səciyyələndirməyə imkan verir: “Hər bir vətəndaş bu və ya digər səbəbdən polislə üzləşməli olanda qarşısında dövləti təmsil edən şəxsi görməklə onu əslində elə dövlətlə assosiasiya edir. Ona görə də öz xidmətində Azərbaycan polisi bunu mütləq nəzərə almalıdır və alır da. Hazırda yol nəqliyyat sahəsində intizamın yaradılması ilə bağlı görülən tədbirlər bu sahədə keyfiyyətcə yeni mədəniyyət formalaşdırıbdır”.
Millət vəkili yol polisləri ilə bağlı bir neçə il öncə yaşanan bir hadisəni də danışıb: “Bir neçə il öncə piyada keçidlərində intizam yaratmaq üçün xüsusi polis nəzarəti həyata keçirilirdi. Sahil metrosu yaxınlığında piyada keçidlərinin birində polis bir neçə tələbəni saxlayaraq onlara piyada keçid qaydalarını pozduqlarını və buna görə də cərimə ödəməli olduqlarını bildirdi. Mən kənardan hadisəni müşahidə edirdim və bunun nə ilə nəticələnəcəyini gözləyirdim. Polis nəfəri qayda pozucularının tələbə olmalarını və israrlı xahişlərini nəzərə alaraq onların cəzasını, sadəcə, xəbərdarlıqla əvəz etdi və bir də sırf özlərinin təhlükəsizliyi üçün belə hallara yol verməmələrini bildirdi. Düşünürdüm ki, polis güzəştə getməsə, mən kənardan hadisəyə müdaxilə edəcəm. Ancaq buna ehtiyac qalmadı. Doğrusu, polislərimizin bu davranışı xoşuma gəldi. Yaxınlaşıb özümü təqdim etdim və onlara təşəkkürümü bildirdim”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34

