Konstitusiyanın müddəalarının böyük hissəsi insan hüquqlarına aiddir
12.12.2009 [11:09]
“Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasına ölkə Konstitusiyası tam təminat verir. İnsan hüquqlarının ali təminatçısı Azərbaycan dövləti və ölkə Prezidentidir”. Bu sözləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Azərbaycanda insan hüquqlarının vəziyyətini şərh edərkən deyib.
M.Qurbanlı bildirib ki, insan hüquqları hazırda bütün dövlətlərin diqqət mərkəzində olan məsələdir. O, xatırladıb ki, II Dünya müharibəsindən sonra insan hüquqları ilə bağlı BMT səviyyəsində vahid sənəd müzakirə olunub və 1948-ci ildə İnsan Hüquqları Bəyannaməsi qəbul edilib.
“Bu, insan hüquqları ilə bağlı universal sənəddir. Demokratik ölkələrin əksəriyyəti bu sənədin müddəalarını qəbul etdikləri qanunlarda və öz konstitusiyalarında əks etdiriblər. İnsan hüquqları ilə əlaqədar Azərbaycanın Konstitusiyasında və qanunlarında da mühüm müddəalar var. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz də qanunlarının qəbulu prosesində insan hüquqlarının təmin olunmasına doğru ciddi addımlar atılıb, mühüm dövlət islahatları həyata keçirilib. Eyni zamanda, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyada Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları tam şəkildə bərqərar olub. Təsadüfi deyil ki, Konstitusiyanın müddəalarının böyük hissəsi insan hüquqlarına aiddir” - deyə M.Qurbanlı vurğulayıb. Onun sözlərinə görə, insan hüquq və azadlıqlarının qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ciddi addımlar atılır. Eyni zamanda, ölkəmiz müvafiq beynəlxalq konvensiyalara da qoşulub.
“Təəssüf ki, bəzi dairələr görülən işlərə qara yaxmaqla məşğuldur. Amma onların bu yöndəki kampaniyaları böhtandan başqa bir şey deyil. ölkəmiz insan hüquqlarının təminatı ilə bağlı gördüyü işləri bütün təşkilatlara təqdim edə bilər. Bu gün bu sahədə dövlət proqramları, maarifləndirmədən başlamış qanunların monitorinqlərinə qədər tədbirlər həyata keçirilir. Eləcə də, Ombudsman institutu yaradılıb. Bir sözlə, Azərbaycan dünyanın insan hüquq və azadlıqlarının təmin edildiyi qabaqcıl dövlətləri sırasındadır” - deyə YAP İcra katibinin müavini vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

