Yerevan Moskvanı şantaj edir
06.09.2019 [08:44]
“Pervıy Armyanskiy informasionnıy” portalında Sarkis Arsruninin “Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, müəllif əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyanın “Nuvel de Armeni” nəşrinə müsahibəsindən bir sitat gətirir. Paşinyan həmin müsahibədə belə mülahizə yürüdür ki, Yerevan Rusiya ilə münasibətlərdə çoxəsrlik komplekslərdən yaxa qurtarmalı və özünü bərabər tərəfdaş kimi göstərməlidir. Jurnalist baş nazirdən soruşur ki, Yerevan Ermənistan ilə Rusiyanın müttəfiqlik münasibətlərinin qorunub saxlanmasına Moskvanın şübhələrini aradan qaldıra bilibmi? Paşinyan bu sualın cavabında deyib: “Biz suveren tərəfdaşlarıq və əgər onların bizə şübhə etmək hüququ varsa, bizim də onlara şübhə etmək hüququmuz var”.
Paşinyan daha sonra deyib: “Mən hesab edirəm ki, bizim münasibətlərimiz bütövlükdə bu əsasda inkişaf etməli və fasiləsiz yaxşılaşmalıdır. Biz hər kəsin ləyaqətinə hörmət edən münasibətlər qurmalıyıq. Əminəm ki, bizim bugünkü münasibətlərimiz bu cür ləyaqətlə əlamətdardır. Kimsə bizə nə qədər şübhə edə bilərsə, bizim də həmin tərəfə eynilə o qədər şübhə etmək hüququmuz var. Əgər birisi hesab edirsə ki, biz tərəfdaş kimi öz öhdəliklərimizi lazımi səviyyədə yerinə yetirmirik, bizim də belə hesab etməyimizə icazə verilir. Qoy heç kəs elə düşünməsin ki, şübhələrin aradan qaldırılması yalnız bizim işimizin bir hissəsi olmalıdır”.
Arsruni baş nazirin söylədiklərində “müsahibənin ən mühüm epizodu” adlandırdığı məqamlara əsaslanaraq belə bir “dərin mənalı” nəticəyə gəlir ki, Paşinyan Ermənistan-Rusiya münasibətlərində “mütiliyi aradan qaldırır”. Müəllifin fikrincə, rusiyalı siyasi fəal, Rusiyada qadağan edilmiş “Rus etnosiyasi birliyi” təşkilatının Kaluqa bölməsinin sabiq rəhbəri, Ermənistanda qaçqın statusu almış Vitali Şişkinin ətrafında yaranmış vəziyyət buna əyani sübut hesab edilməlidir. Eyni zamanda, Arsruni gileylənir ki, Moskvada, elə Ermənistanın siyasi həyatının müəyyən seqmentində də keyfiyyətcə yeni Ermənistan-Rusiya münasibətlərini qəbul etməyə hazır deyildirlər.
Müəllif ondan narazıdır ki, özünün təbirincə desək, “köhnə sistem”in nümayəndələri Ermənistan-Rusiya münasibətlərinə “öldürücü zərbə vurulmasına” - Şişkinə siyasi sığınacaq verilməsinə görə Paşinyanı amansızcasına tənqid edirlər. O vurğulayır ki, prinsip etibarilə müttəfiq ölkələr bir-birinin vətəndaşlarına, xüsusən həmin vətəndaşların əməllərində siyasi iz olduqda, qaçqın statusu verməkdən qarşılıqlı imtina edirlər. Arsruni bunun həqiqət olması ilə razılaşır, lakin onun xoşuna gəlmir ki, Paşinyanın bugünkü opponentləri Ermənistan-Rusiya münasibətlərini, onun yazdığı kimi, vassal rejimində təsəvvür edirlər. Bu halda Moskva nə istəsə edə bilər, Yerevan isə özünü təmizə çıxarmağa çalışan “kiçik qardaş” statusunda çıxış etməlidir.
Müəllif yazır: “Köhnələr unudurlar ki, kriminal oliqarxiyanın görkəmli nümayəndəsi Miqran Poqosyana və 1 mart işinin iki mühüm fiqurantına himayədarlıq etməklə müttəfiqlik münasibətlərinin ruhunu birinci pozan məhz Moskva olub”. Onun sözlərinə görə, Ermənistanın hakimiyyət orqanları “Moskvaya elə onun özü kimi cavab verməklə” tam layiqli hərəkət ediblər.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

