Lənkəran seçiciləri Yeni Azərbaycan Partiyasının qələbəsinə inanırlar
18.12.2009 [09:33]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran şəhər təşkilatı bələdiyyə seçkiləri ilə bağlı növbəti tədbirini keçirib. Tədbirdə çıxış edən YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar ötən müddətdə görülmüş işlər barədə məlumat verib.
İ.Dadaşov qeyd edib ki, bu müddətdə namizədliyi irəli sürülmüş YAP üzvləri ilə mütəmadi görüşlər keçirilib və onlar təşviqat xarakterli zəruri məlumatlarla tanış olublar. “ötən müddət ərzində özünüidarəetmə orqanlarında namizədliyini irəli sürmüş YAP üzvləri ilə keçirilən görüşlər həddindən artıq səmərəli olub. Bələdiyyə üzvlüyü qeydə alınmış şəxslər bu strukturların ölkəmizin ictimai-siyasi həyatında oynadığı rol haqqında zəngin bilik əldə ediblər”. YAP Lənkəran şəhər təşkilatının sədri yeni seçiləcək bələdiyyələr üçün ciddi sınaq dövrünün başladığını və onların üzərinə ölkəmizin sosial və iqtisadi inkişafı ilə bağlı həyata keçirilən mühüm layihələrdə iştirak etmək üçün bir çox vəzifələr düşdüyünü diqqətə çatdırıb. Qarşıdakı beşilliyin tam fərqli və bələdiyyə üzvləri üçün mühüm tələblər qoyduğunu xatırladan İ.Dadaşov yerli özünüidarə orqanlarını bu işlərdə aktiv olmağa çağırıb. YAP Lənkəran şəhər təşkilatının sədri rayon seçicilərinin seçkilərdə həmişə fəal iştirak etdiklərini və dekabrın 23-də yerli özünüidarəetmə orqanlarına ən layiqli namizədlərə səs verəcəklərinə əminliyini ifadə edib.
Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Fəttah Heydərov qeyd edib ki, YAP hər zaman xalqa xidmət prinsipini özünün başlıca amalı sayıb və bunu gördüyü işlərlə təsdiq edib. “Biz xalqın YAP-a olan dərin inamını həmişə hiss edirik. Bunun ən əyani nəticəsini indiyədək keçirilmiş bütün seçkilərdə görmüşük. Partiyamız xalqın dəstəyi ilə bütün seçkilərdə inamlı qələbə qazanıb. Dekabrın 23-də keçiriləcək seçkilərdə də xalqın dəstəyi ilə qələbə qazanacağımıza inanırıq. Yeni Azərbaycan Partiyası 2009-cu il bələdiyyə seçkisi kampaniyasını “Xalqa xidmət naminə” şüarı altında həyata keçirir. Bu gün bütün vətəndaşların sosial rifahı yüksəlib, ölkəmizin inkişafında yeni mərhələ başlayıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən, ölkəmizin sabitliyinin möhkəmlənməsinə yönələn, inkişafa təkan verən siyasi və iqtisadi islahatlar kursu yeni mərhələyə qədəm qoyub. Yeni mərhələdə islahatlar geniş miqyas alaraq vətəndaşların rifahının və yaşayış səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacaq. İnsanlar hökumətin həyata keçirdiyi bütün proqramların mühüm nəticələrini öz həyatlarında hiss edirlər. Məhz bu inam və etibar YAP-ın xalq dəstəyinə malik olmasını şərtləndirir”.
Daha sonra Fəttah Heydərov yerli özünüidarəetmə orqanlarının bir çox iqtisadi layihələrdə, xüsusilə də infrastruktur layihələrində iştirakının artırılmasını vacib hesab etdiyini də diqqətə çatdırıb. Onun fikrincə, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində aparılan kompleks islahatlar yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin də müasir tələblərə uyğun qurulmasını zəruri edir.
Milli Məclisin üzvü Rüfət Quliyev isə bütün lənkəranlıların həmişə seçkilərdə fəal iştirak ediklərini diqqətə çatdırıb. Lənkəran seçicilərinin YAP-ın namizədlərini dəstəklədiyini bildirən Rüfət Quliyev bələdiyyə seçkilərində partiyanın inamlı qələbə qazanacağına inandığını söyləyib: “Rayondakı seçicilərimlə daimi görüşlər zamanı onların YAP-a böyük rəğbət bəslədiklərinin şahidi oluram. YAP-ın namizədlərinin bələdiyyə seçkilərində qələbə qazanmaq şansları olduqca böyükdür. Qəti şəkildə əminəm ki, Lənkəran camaatı dekabrın 23-də də yüksək aktivlik nümayiş etdirməklə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçkilərdə qələbəsini təmin etmiş olacaqlar”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

